Onlayn kreditlərə məhdudiyyət tətbiq edilə bilər? – VİDEO

Onlayn kreditlərə məhdudiyyət tətbiq edilə bilər? – VİDEO






presstv

"Presstv"az #Azərbaycan, #Fırıldaqçılıq, #Hadisə, #Vüqar Bayramov

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Son zamanlar vətəndaşların kiberdələduzların qurbanına çevrilməsi onlayn kreditlərə məhdudiyyətin tətbiq edilməsi ehtimalını aktuallaşdırıb.

presstvaz Xəzər TV-yə istinadən bildirir ki, mövzuya bank sahəsi üzrə ekspert Əkrəm Həsənov münasibət bildirib.

Onun sözlərinə görə, baş verən hadisələr onu deməyə əsas verir ki, bankların informasiya təhlükəsizliyi sistemi qənaətbəxş deyil.

Eskpert bu məsələdə mövcud olan və dilə gətirilməyən digər təhlükəsizlik problemlərini də qeyd edib.

Millət vəkili Vüqar Bayramov da problemdən çıxış yolunu əhalinin rəqəmsal bankçılıqla bağlı maarifləndirilməsində və bankların təhlükəsizlik tədbirlərini gücləndirməsində görür.

Məsələ ilə bağlı Azərbaycan Banklar Assosiasiyasından bildirilib ki, qeyd olunan halların qarşısının alınması və risklərin azaldılması istiqamətində Mərkəzi Bank tərəfindən ötən il “Gücləndirilmiş müştəri autentifikasiyasının tətbiqi Qaydası” təsdiq edilib. Qaydanın şərtlərinə əsasən, mobil bankçılıq hesabında qeydiyyat və ya giriş zamanı, habelə müxtəlif əməliyyatlar aparan zaman banklar, fintexlər və digər təşkilatlar tərəfindən 2 təhlükəsizlik faktorundan ibarət verifikasiya elementləri istifadə edilməlidir. Assosiasiyadan o da bildirilib ki, hazırda əksər banklarda 2 faktorlu autentifikasiya elementlərinin tətbiqi ilə bağlı işlərə başlanılıb. Bir neçə banklarda isə qeyd olunan qaydalardan irəli gələn tələblər artıq yerinə yetirilib.

Mərkəzi  Bankdan isə qeyd edilib ki, bu qurum tərəfindən davamlı olaraq bütün hədəf qrupları nəzərə alınmaqla ölkəmiqyaslı maarifləndirici tədbirlər həyata keçirilir. Ötən dövr ərzində ödəniş kartlarından istifadə zamanı müşahidə olunan fırıldaqçılıq halları barədə maarifləndirici video və audioçarxlar hazırlanaraq KİV-də yayımlanıb, o cümlədən bütün banklara tapşırıqlar verilib. Bu il ərzində də müvafiq istiqamətdə birgə işlərin davam etdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycanda orta hesabla əhalinin 46%-i bank hesabına sahibdir və bu göstərici artmaqda davam edir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv