“Quş qripi” sürətlə inkişaf edir: pandemiya təhlükəsi XƏBƏRDARLIĞI

“Quş qripi” sürətlə inkişaf edir: pandemiya təhlükəsi XƏBƏRDARLIĞI






presstv

"Presstv"az #ABŞ, #Avropa, #Hadisə, #pandemiya, #Qrip, #Quş qripi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Quş qripi” insanlar üçün hələ çox təhlükəli deyil, lakin hər an hər şey dəyişə bilər.

“Quş qripi” insanlara, ev heyvanlarına və heyvanxanalarda saxlanılanlara yayılaraq getdikcə daha çox “uyğunlaşan” bir pandemiya təhlükəsi yaradır.

presstvaz lent.az-a istinadən xəbər verir ki, Avropanın xəstəliklərə nəzarət və qida təhlükəsizliyi agentlikləri bu barədə xəbərdarlıq ediblər.

Onlar ölkələri virusun daha da inkişaf etməməsi və insanlar üçün daha təhlükəli olmasının qarşısını almaq üçün onu izləmək və saxlamaq üçün tədbirləri gücləndirməyə çağırırlar.

Avropa Qida Təhlükəsizliyi Təşkilatının (EFSA) icraçı direktoru vəzifəsini icra edən Bernhard Url deyib: “2024-cü ildə “quş qripi” virusları daha əvvəl təsirlənməmiş növlərə yoluxaraq əhatə dairəsini genişləndirdi. Bizim işimiz insanlara potensial yayılma ilə əlaqəli, sürətli diaqnostika və reaksiya tələb edən əsas mutasiyaları müəyyən etmıəkdir”.

Artıq bir neçə ildir ki, “quş qripi”nin çöl quşlarında və kənd təsərrüfatı heyvanlarında, o cümlədən toyuqlarda yüksək səviyyədə baş verdiyi bildirilir.

Bu müddət ərzində virus digər növlərə, o cümlədən suitilərə və ABŞ-da hətta süd verən inəklərə də yayılmağa başlayıb. Baxmayaraq ki, insanlara yoluxma hadisələri aşağı səviyyədə qalır.

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) respirator viruslar şöbəsinin rəhbəri Edoardo Koltsani, virusun insandan insana ötürülməsi təsdiqlənərsə, vəziyyətin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

Və bu risk getdikcə artır. Axı, ECDC və EFSA artıq virusu heyvanlardan insanlara ötürmək qabiliyyətini artıran, həmçinin insanlar arasında daha da yayılan 34 əsas genetik mutasiyanı müəyyən edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv