“Coca-Cola” Avropadakı məhsullarını kütləvi şəkildə geri çağırır

“Coca-Cola” Avropadakı məhsullarını kütləvi şəkildə geri çağırır






presstv

"Presstv"az #Almaniya, #Avropa, #Böyük Britaniy, #Böyük Britaniya, #Coca-cola, #Fransa, #Niderland

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“The Coca-Cola” qida nəhənginin törəmə şirkəti olan “Coca-Cola Europacific Partners Belgium” Belçika, Böyük Britaniya, Lüksemburq, Niderland, Fransa və Almaniya bazarlarından məhsullarını kütləvi şəkildə geri çağırdığını elan edib. Buna səbəb məhsulların tərkibində xloratların miqdarının yüksək olması göstərilib.

presstvaz-ın xəbərinə görə, bu barədə “Frans Press” (AFP) agentliyi məlumat verib.

“Bizdə dəqiq rəqəmlər yoxdur, lakin aydındır ki, söhbət əhəmiyyətli hissədən gedir”, – deyə şirkətdən bildirilib.

Tədbirlər 2024-cü ilin noyabr ayının sonundan dövriyyədə olan “Coca-Cola”, “Sprite”, “Fanta”, “Fuze Tea”, “Minute Maid”, “Nalu”, “Royal Bliss” və “Tropico” brendlərinə şamil edilir.

Şirkətdən verilən məlumata görə, problem içkilərin keyfiyyətinin Belçikanın Gent şəhərində istehsal üçün normativ tələblərə uyğunluğunun yoxlanılması zamanı müəyyən edilib.

Standartlara cavab verməyən məhsulların əksəriyyəti artıq dövriyyədən çıxarılıb və ya bazara buraxılmayıb, qalan partiyanın geri çağırılması üçün sözügedən ölkələrin səlahiyyətliləri ilə işlər aparılır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv