“Bandotdel”dən ƏMƏLİYYAT: Narkoşəbəkənin üzvləri İFŞA EDİLDİLƏR

“Bandotdel”dən ƏMƏLİYYAT: Narkoşəbəkənin üzvləri İFŞA EDİLDİLƏR






presstv

"Presstv"az #Avto, #Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, #İmişli, #İmişli rayonu, #Məhkum, #Narkotik vasitələrin qanunsuz dövriyyəsi, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (“Bandotdel”) əməkdaşları İmişli rayonu ərazisində tədarükçü-ekspeditor narkoşəbəkənin üzvlərini ifşa ediblər.

presstvaz-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirlərlə əvvəllər məhkum olunan 41 yaşlı Elşən Əliyev və 32 yaşlı Tərlan Bağırov saxlanılıblar. Onların avtomobilindən və yaşayış ünvanlarından 62 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana aşkarlanıb.

Baş İdarə əməkdaşlarının həyata keçirdikləri digər tədbirlərlə 39 yaşlı Ceyhun İsmayılov və 29 yaşlı Rəşad Məmmədli də narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün saxlanılıblar. Onların üzərindən və yaşadıqları evlərdən 18 kiloqram marixuana, heroin, psixotrop maddə metamfetamin və metadon həbləri aşkarlanıb.

Saxlanılan şəxslər ifadələrində narkotikləri satış məqsədilə əldə etdiklərini bildiriblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb, onlar barəsində həbs qətimkan tədbirləri seçilib.

Elşən Əliyev, Ceyhun İsmayılov, Rəşad Məmmədli və Tərlan Bağırovla əlbir olan digər şəxslərin də saxlanılması istiqamətində tədbirlər davam etdirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv