Bu qidalar beynimizi məhv edir – DİQQƏT!

Bu qidalar beynimizi məhv edir – DİQQƏT!






presstv

"Presstv"az #Araşdırma, #Siqaret

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu gün qida asılılığı böyüklərin 14%-ni, uşaqların isə 15%-nə təsir edən ciddi problemə çevrilib.

presstvaz milli.az-a istinadən xəbər verir ki, bu asılılıq əsasən, son 50 ildə geniş yayılmış və insanları daha çox yağ və şəkərlə zəngin qidalar yeməyə təşviq edən qidalanma tendensiyalarının nəticəsidir.

Tədqiqatçılar vurğulayır ki, artıq emal edilmiş qidalar dopamin hormonunun sərbəst buraxılmasını stimullaşdırmaqla insanın daha çox istehlak etməsinə səbəb olur. 2022-ci ilin mart ayında bu sahədə aparılan araşdırmanın müəllifləri, bu tip qidaların alkoqol və tütün məhsulları kimi ölümlərə səbəb ola biləcəyini göstərdilər. Miçiqan Universitetinin psixologiya professoru Eşli Gearhardt qeyd edir ki, bu məhsullar insanların beynini sürətli və təsirli şəkildə manipulyasiya edərək asılılıq yaradır.

Yağ və şəkərlə zəngin qidaların beyinə təsiri olduqca mürəkkəbdir. Bu təsirin əsas mexanizmlərindən biri dopamin hormonunun sərbəst buraxılmasıdır. Dopamin insanı təkrarlanan davranışlara təşviq edir və onun səviyyəsinin yüksək olması həmin davranışların davamlılığını təmin edir. Aparılan araşdırmalara görə, bu cür qidalar beynin mükafatlandırma sistemində dopamin səviyyəsini normadan 200% daha yüksək artırır.

Hazırda mütəxəssislər bu problemin həlli yollarını araşdırır. Gearhardt hesab edir ki, yüksək emal edilmiş qidalara qarşı mübarizə aparmaq üçün siqaret istehlakını azaltmaq məqsədilə tətbiq olunan metodlardan istifadə etmək olar. Bu isə həm qiymətlərin artırılmasını, həm də marketinqin məhdudlaşdırılmasını əhatə edə bilər. Eyni zamanda, insanların bu qidaların sağlamlığa təsirindən daha yaxşı xəbərdar olması üçün maarifləndirmə işlərinin genişləndirilməsi təklif olunur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv