“Məhkəmənin gedişini izləyək, Paşinyanın hələ bir çox cinayətlərinin üstü açılacaq” – Deputat

“Məhkəmənin gedişini izləyək, Paşinyanın hələ bir çox cinayətlərinin üstü açılacaq” – Deputat






presstv

"Presstv"az #Azərbaycan, #Azərbaycan Xarici İşlər Nazirliyi, #Bakı, #Ermənistan, #Ermənistan XİN, #İrəvan, #Milli Məclis, #Müharibə cinayətləri, #Münaqişə, #Nikol Paşinyan, #Vətən müharibəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Hərbi cinayətlərdə ittiham olunan Araik Arutyunyanın Bakıda keçirilən məhkəmədə öz təşəbbüsü ilə söz alaraq, Gəncənin gecə, insanların yatdığı vaxtda, daha çox mülki əhalinin qətli niyyəti ilə raketlərlə vurulması ilə bağlı bəyanatına təəssüflənərək üzr istəməsi və nə belə bir hüququnun, nə də rəy bildirməyə imkanının olduğunu deməsi Ermənistanın Baş naziri Nikol Paşinyanı ciddi şəkildə narahat edib.

Paşinyan ölkəsinin İctimai Televiziyasına müsahibəsində bu barədə danışaraq iddia edib ki, guya “regional gərginliyi qızışdırmağa yönəlmiş ifadələr almaq üçün bu insanlara qarşı psixikaya təsir edən, qadağan olunmuş narkotiklərdən” istifadə olunur və “məhkəmə Ermənistana qarşı istifadə ediləcək”. Bu sözləri, əslində, Paşinyanın etirafı da adlandırmaq olar. Çünki Ermənistan silahlı qüvvələrinin ali baş komandanı Paşinyandır. Görünür, o, həqiqətin üzə çıxacağından ehtiyat edir. Əks halda, belə bir cəfəngiyyat uydurmaq mümkün deyil.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi İrəvanın hərbi cinayətlərlə bağlı bəyanatına cavab olaraq bildirib ki, Ermənistan XİN-in 2 oktyabr 2022-ci il tarixli, Azərbaycan Silahlı Qüvvələri tərəfindən hərbi cinayətlərin törədildiyini iddia edən bəyanatı onilliklər ərzində təcavüzkar siyasət yürüdən, bir milyona yaxın insanın fundamental hüquqlarını tapdalayan, hərbi və mülki şəxslərə qarşı çoxsaylı hərbi cinayətlər törədən bir ölkənin riyakarlığının nümunəsidir.

presstvaz  bildirir ki, mövzunu Oxu.Az-a dəyərləndirən Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib ki, Bakıda erməni əsilli şəxslərin məhkəmə prosesi davam etdikcə, Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərin mahiyyəti və miqyası bir daha aydın olur:

“Həm təqsirləndirilən şəxslərin, həm zərərçəkənlərin ifadələri Azərbaycana və Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə törədilən cinayətlərin, soyqırımı siyasətinin, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərin bir çox hallarda İrəvandan idarə olunduğunu təsdiqləyir. Arayik Arutyunyanın bəyanatı da bunun əyani sübutudur. Arutyunyan dolayısı ilə bildirmək istəyir ki, Gəncənin, Bərdənin və digər ərazilərimizin vurulması əmrini Ermənistanın siyasi hakimiyyəti, birbaşa baş nazir Nikol Paşinyan verib. Sonuncu isə məsuliyyəti öz üzərindən atmaq üçün nağıllar uydurmaqla məşğuldur. Bunlar gülməli və əsassız bəyanatlardır”.

Onun sözlərinə görə, Bakıda mühakimə olunan 15 erməni qondarma respublikada yüksək “vəzifə” sahibləri olublar:

“İndi onlar burada etiraf edirlər ki, müharibə cinayətlərinin əsas sifarişçiləri Ermənistan dövləti və onun rəhbərləri olublar. Onsuz da, bütün bunlar Azərbaycan cəmiyyətinə aydın idi. Qarabağda yaşayan ermənilərin arxasında dayanan olmasaydı, onlar hələ 1992-1993-cü illərdə bizim bir qarış torpağımızı belə işğal edə bilməzdilər. İlk gündən bu proseslərin arxasında Ermənistan dövləti dayanıb. 44 günlük Vətən müharibəsində də mülki şəxslərə qarşı törədilən cinayətlərin əmri birbaşa İrəvandan verilib. Siyasətdə naşı, piyada olan Paşinyan müharibədən sonra etiraf edirdi ki, o, 2020-ci ilə qədər Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların mahiyyətindən xəbərsiz olub. Guya danışıqlar Azərbaycanın ərazi bütövlüyü çərçivəsində aparılıb və bütün əvvəlki erməni liderlər buna razı olublar, amma Paşinyan bunu bilməyib. Gülməlidir. Ermənistan üçün strateji bir məsələnin mahiyyətini bilməyən bir adam özünü necə siyasətçi adlandırır və hakimiyyətə gəlir?”

“Ermənistan cəmiyyətində baş nazirin Bakıda həbsdə olan ermənilərə münasibətinə şübhə ilə yanaşır və hesab edirlər ki, Paşinyan və onun komandası mühakimə olunanların həbsdə qalmasında maraqlıdır və onları öz hakimiyyətinə təhlükə hesab edir. Təbii ki, Ermənistan cəmiyyətində dolaşan bu cür fikirlər bizim üçün o qədər də maraqlı deyil və bu yanaşmalar ədalətli məhkəmə prosesinə heç bir təsir edə bilməz. Bütün dünyanın gözü qarşısında törədilən cinayətlər hər kəsə aydındır. Dəymiş zərər hesablanıb, ittihamlar bəllidir, şahid və zərərçəkənlərin də sayı kifayət qədərdir. Məhkəmə prosesi də çox şəffaf keçirilir. Bu baxımdan, Paşinyanın sözügedən açıqlamaları özünü qorumaqdan başqa bir şey deyil. Göründüyü kimi, Paşinyan növbəti dəfə özünü gülüş hədəfinə çevirir. Hətta erməni ekspertlər də Paşinyanın bu çıxışından heç nə baş açmadıqları üçün şərh etməyibər. Biz isə məhkəmənin gedişini izləyək. Əminəm ki, prosesdə Paşinyanın hələ bir çox cinayətlərinin üstü açılacaq. O zaman bəlli olacaq ki, erməni baş nazir nə üçün qabaqdangəlmişlik edərək “psixotrop maddə” iddiasını ortaya atıb”, – deyə deputat fikrini yekunlaşdırıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv