Milyonluq dələduzluqdan bəraət almışdı – 10 illik həbs edildi

Milyonluq dələduzluqdan bəraət almışdı – 10 illik həbs edildi






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Bakı Ağır Cinayətlər Məhkəməsi, #Bakı Apellyasiya Məhkəməsi, #Dələduzluq cinayəti

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bir milyon manatdan çox dələduzluq ittihamından bəraət alan Azər İsmayılov 5 ay sonra həbs edilib.

presstvaz   “Qafqazinfo”ya istinadla xəbər verir ki, onun Bakı Ağır Cinayətlər Məhkəməsindən aldığı bəraəti ləğv edilib.

Hökmdən həm prokuror, həm zərərçəkmişlər narazı qalıblar, ləğvi üçün apellyasiya protesti və apellyasiya şikayətləri verilib.

Prokuror protestində göstərib ki, kifayət qədər dəlil və sübutlar, zərərçəkmişlərin şikayətləri olduğu halda çıxarılmış hökm qanunauyğun deyil. Bu cinayət qanunun ədalət prinsipi ilə də üst-üstə düşmür.

İttihamçı hökmün tamamilə ləğv edilməsini, təqsirləndirilən şəxsin sanksiya həddində cəzalandırılmasını tələb edib. Zərərçəkmiş şəxslər də ittiham tərəfinin mövqeyinə uyğun çıxış ediblər.

Ötən gün bu işlə bağlı yekun qərar elan edilib. Sabit Bəhrəmzadənin sədrlik etdiyi hakimlər tərəfləri dinlədikdən, sübutlarla tanış olduqdan sonra hökmün ləğv edilməli olduğu qənaətinə gəliblər.

Qərara əsasən, protest və şikayətlər təmin edilib. Təqsirləndirilən şəxsə verilmiş bəraət ləğv edilib. A.İsmayılov xüsusilə külli miqdarda dələduzluqda təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum olunub. İsmayılov məhkəmə salonunda həbs edilib.

Qeyd edək ki, A.İsmayılov 1 milyon 200 min manatlıq dələduzluqda ittiham olunub. İş üzrə 8 nəfər zərərçəkmiş qismində tanınıb. A.İsmayılov xarici ölkələrdən Azərbaycana ət və ət məhsullarının tədarükü ilə məşğul olub. Zərərçəkənlər də bu alış-veriş zamanı aldanıblar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv