Xəstələrin həyatını heçə sayanlar: Həkimlər niyə özlərini bloqer kimi aparırlar?

Xəstələrin həyatını heçə sayanlar: Həkimlər niyə özlərini bloqer kimi aparırlar?






presstv

"Presstv"az #Həkim, #Səhiyyə Nazirliyi, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Əməliyyat zamanı canlı yayım açan məşhur lor cərrah Rauf Haqverdiyev rahat şəkildə ünvanlanan suala da cavab verməyə vaxt tapır.

Baku TV məsələ ilə bağlı adıçəkilən həkimlə əlaqə saxlayıb.

O, pasiyentlərinin razılığı olmadan canlı yayım açılmadığını bildirib. Lakin bu kimi halların xəstənin həyatını riskə atmaq olduğunu soruşduqda, suala cavab vermək istəməyib.

Maraqlıdır, xəstənin həyati təhlükəsini nəzərə almadan, əməliyyatxanadan birbaşa yayım açmaq nə dərəcədə doğrudur? Belə hallar hüquqi əsas yaradırmı? Ölkədə bu kimi hallara qarşı nəzarət necə həyata keçirilir?

Tibb elmləri doktoru Adil Qeybulla belə üsullara əl atan həkimlərin niyyətinin korporativ maraqlara xidmət etdiyini deyir:

“Əslində, bu işi görən həkimlər özlərinə xəstə yığmağa çalışırlar. Həkim fəaliyyətində reklam etik baxımdan düzgün deyil. Narkoz altında olan xəstələrdə şəxsiyyətin qorunması xüsusi şərtdir. İctimaiyyətə məlumdur ki, bu cür fəaliyyət nəyə xidmət edir. Düşünürəm ki, artıq bu barədə tədbir görmək vaxtıdır”.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, quruma belə şikayətlər daxil olduğu zaman plandankənar yoxlamalar keçirilir.

Daha ətraflı Baku TV-nin süjetində:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv