Bakıda ən ucuz çıxarışlı torpaq bu ərazilərdədir – VİDEO

Bakıda ən ucuz çıxarışlı torpaq bu ərazilərdədir – VİDEO






presstv

"Presstv"az #avtobus, #Azərbaycan, #Bahalaşma, #Bakı, #Orta məktəb

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakıda torpaq bazarı getdikcə daha rəqabətli bir hala gəlir. Şəhərin mərkəzindəki qiymətlər gündən-günə artdıqca, insanlar daha münasib torpaq almaq üçün şəhərkənarı ərazilərə üz tuturlar.

Bəs görəsən, Bakı ətrafında ən ucuz çıxarışlı torpaqlar hansı ərazilərdə yerləşir?

presstvaz Xəzər TV-yə istinadən bildirir ki, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, hazırda ucuz çıxarışlı torpaqlar daha çox bakı ətrafı kəndlərdə var ki, onların da qiyməti 1 sotuna görə 2000 manatdan 10 000 manata qədər dəyişir. Həmin ərazilərdə orta məktəblərin, avtobus xətlərinin az olması və metrostansiyaların uzaq məsafədə olması isə qiymətlərin aşağı olmasına ciddi təsir edən amillərdəndir.

Ekspertin sözlərinə görə, torpaq sahələrinin tükənməsi digər ərazilərdə olan torpaqlara təlabatı artıraraq qiymətlərin yüksəlməsinə gətirib çıxarır. Tədricən infrastrukturun qurulması ilə adıçəkilən ərazilərdə də bahalaşma gözlənilir. Bazarda qiymətlərin stabilləşməsi üçün yeni yanaşmalar lazımdır.

Elnur Fərzəliyev qeyd edib ki, Azərbaycanda daşınmaz əmlak bazarında illik ortalama qiymət artımı 10 faizdir.

Daha ətraflı videomaterialı təqdim edirik.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv