Dünyada nadir tapılan qan qrupu: 43 nəfərdə var

Dünyada nadir tapılan qan qrupu: 43 nəfərdə var






presstv

"Presstv"az #Avstraliya, #Sağlamlıq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Qızıl qan qrupu” olaraq da tanınan Rh0 dünyada olduqca nadir tapılır. 

presstvaz ölkə.az-a istinadən xəbər verir ki, qan qrupu, qanda qırmızı qan hüceyrələrinin (eritrositlərin) səthində olan antigenlər (orqanizmi yad maddələrdən qoruyan zülallar) vasitəsilə edilən təsnifatdır.

Ən çox tanınan qan qrupları ABO sistemi ilə müəyyən edilir və dörd əsas qrupda araşdırılır: A, B, AB və 0. Bundan əlavə, Rh faktoru da qan qruplarının müəyyən edilməsində mühüm rol oynayır.
Ancaq əvvəllər heç eşitmədiyiniz bir qan qrupu var. “Qızıl qan” kimi tanınan və 6 milyonda 1-də görülən “Rhnull”a dünyada yalnız 43 insanda rast gəlinir. Bu qan qrupu dünyada ilk dəfə 1961-ci ildə yerli avstraliyalı qadında təsbit edilib.

Bu qan qrupu ilə yaşamaq da çox təhlükəlidir, çünki çox az adamda var. Qızıl qan qrupuna sahib olmağın üstünlükləri və mənfi cəhətləri də var.

Belə ki, həmin şəxslərin istənilən Rh faktoru olan hər kəsə qan vermək imkanı olsa da, özlərinə lazım olduqda qan tapmaqda çətinlik çəkirlər. həmçinin bu qan qrupu nadir olduğu üçün genetik xəstəlikləri daşıma riski daha yüksək ola bilər.

Qızıl qan qrupuna sahib olmaq ümumiyyətlə heç bir sağlamlıq problemi yaratmır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv