Türkiyədə xizək mərkəzindəki yanğında ölənlərin sayı artıb

Türkiyədə xizək mərkəzindəki yanğında ölənlərin sayı artıb






presstv

"Presstv"az #Haber Global, #Hadisə, #Türkiyə, #Yanğın hadisəsi, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyənin Bolu vilayətində yerləşən “Kartalkaya” xizək mərkəzindəki hoteldə baş verən yanğında ölənlərin sayı artıb.

presstvaz   “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya məlumat verib.

Onun sözlərinə görə, hadisə nəticəsində 76 nəfər ölüb: “Ölənlərdən 52-sinin şəxsiyyəti müəyyən edilib, 45-nin meyiti yaxınlarına təhvil verilib. İstintaq zamanı indiyədək 9 nəfər saxlanılıb”.

Qeyd edək ki, yanğınla bağlı Türkiyədə birgünlük matəm elan edilib.

Türkiyənin Bolu bölgəsinin Kartalkaya Xizək Mərkəzində hoteldə baş verən yanğına görə dörd nəfər saxlanılıb.

presstvaz   xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunc məlumat verib.

Türkiyənin Bolu bölgəsinin Kartalkaya Xizək Mərkəzinin hotelində baş verən yanğın nəticəsində ölənlərin sayı 66 nəfərə çatıb, 51 nəfər yaralanıb.

presstvaz   xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

A.Yerlikaya xəsarət alanlardan birinin vəziyyətinin ağır olduğunu bildirib.

Qeyd edək ki, yanğının səbəbi barədə hələ də açıqlama verilməyib.

Türkiyənin “Haber Global” televiziya kanalının jurnalisti bu gün güclü yanğının baş verdiyi Kartalkaya xizək kurortu mərkəzindən son məlumatları verib.

presstvaz   xəbər verir ki, jurnalist canlı bağlantı zamanı 10 nəfərin ölümü ilə nəticələnən yanğının hələ də davam etdiyini bildirib.

“Hazırda Fövqəladə Halların İdarə Olunması Agentliyinin onlarla texnikası, həmçinin təcili tibbi yardım xidmətinin maşınları hotelin ətrafını dövrəyə alıb. Yanğını nəzarət altına almaq mümkün olmayıb. Təəssüflər olsun ki, hələ də hotelin içində insanların olduğu, onlarla əlaqə yaratmağın mümkün olmadığı bildirilir”, – deyə jurnalist qeyd edib.

Türkiyənin Bolu vilayətindəki Kartalkaya xizək mərkəzində hoteldə baş verən yanğın nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.

presstvaz   xəbər verir ki, məlumatı “Haber Global” yayıb.

Bildirilib ki, hadisə zamanı daha 32 nəfər yaralanıb.

Türkiyədə Bolu vilayətində yerləşən Kartalkaya xizək kurortu ərazisindəki hoteldə güclü yanğın baş verib.

presstvaz   bu barədə Türkiyə KİV-ə istinadən xəbər verib.

İlkin məlumata görə, yanğın nəticəsində altı nəfər ölüb, 21 nəfər yaralanıb.

Bolu vilayətinin valisi Əbdüləliz Aydın ölənlərin və yaralananların yerli vətəndaşlar olduğunu bildirib.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv