Azərbaycandakı diplomatik korpusların rəhbərləri Şəhidlər xiyabanını ziyarət edirlər

Azərbaycandakı diplomatik korpusların rəhbərləri Şəhidlər xiyabanını ziyarət edirlər






presstv

"Presstv"az #20 Yanvar - Ümumxalq Hüzn Günü, #Azərbaycan, #Bakı, #Böyük Britaniy, #Böyük Britaniya, #Fransa, #Hadisə, #Şəhidlər xiyabanı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Şəhidlər xiyabanını ziyarət edib.

presstvaz   xəbər verir ki, o bu barədə özünün rəsmi “X” sosial media hesabında paylaşım edib.

“Bu gün 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş faciəli hadisənin 35-ci ildönümüdür. Müstəqillik uğrunda mübarizədə həlak olanların xatirəsini yad etmək üçün Azərbaycan dövləti və xalqının yanındayıq”, – paylaşımda qeyd olunub.

 

 

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

presstvaz   xəbər verir ki, o, bu barədə “X” hesabında paylaşım edib.

“Qanlı 20 Yanvar hadisələrində azadlıqları və Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan qəhrəmanları dərin hüznlə anıram”, – deyə paylaşımda qeyd olunub.

 

 

Həmçinin ABŞ-nin Azərbaycandakı səfirliyi də 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı paylaşım edib.

presstvaz   xəbər verir ki, səfirliyin müvəqqəti işlər vəkili Hüqo Qevara Şəhidlər xiyabanını ziyarət edib.

“Bu gün biz Qara Yanvarın faciəli hadisələrini ehtiramla yad edir, vətən uğrunda qəhrəmancasına canlarını fəda edənlərin xatirəsinə dərin hörmət göstəririk. Bu anım günündə onların verdikləri böyük qurbanı anaraq, ailələrinə və yaxınlarına səmimi başsağlığı veririk”, – deyə müvəqqəti işlər vəkili Hüqo Qevara qeyd edib.

 

 

Fransanın Azərbaycandakı səfiri Ann Buayon da 20 Yanvar – Ümummilli Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

presstvaz   xəbər verir ki, o, bununla bağlı “X” hesabında paylaşım edib.

“Bu gün biz həmkarlarımla birlikdə 1990-cı il 20 Yanvar qurbanlarının xatirəsini ehtiramla yad etdik”, – deyə paylaşımda qeyd olunub.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv