Xankəndiyə səyahətə getmişdi: Oğurluğa görə tutuldu

Xankəndiyə səyahətə getmişdi: Oğurluğa görə tutuldu






presstv

"Presstv"az #İqtisadiyyat Nazirliyi, #Oğurluq hadisəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İşğaldan azad edilmiş Xankəndi şəhərinə gəzintiyə gedən şəxs oradan oğurluq etməkdə şübhəli bilinərək saxlanılıb.

presstvaz   Musavat.com-a istinadən xəbər verir ki, 41 yaşlı A.Musayev şəxsi avtomobili ilə Xankəndiyə gedib. Məqsədi səyahət olsa da, sonrakı əməli heç də yaxşı olmayıb.

İstintaqla müəyyən edilib ki, A.Musayev orada fərdi yaşayış evinə qanunsuz daxil olaraq paltaryuyan maşın, su isidici, videomaqnitofon, kartof qızardan, kartric və digər əşyalar götürərək maşınına yerləşdirib. Həmin əşyaların ümumi dəyəri 354 manat olaraq müəyyən edilib.

A.Musayev əşyaları maşına yığan zaman polis əməkdaşları bunu görüb. Onu saxlayaraq polis idarəsinə gətiriblər. Musayev ifadəsində deyib ki, əşyaları yol kənarında sahibsiz gördüyü üçün götürüb. O, evə daxil olaraq əşyaları götürmədiyini söyləyib.

İş üzrə zərərçəkmiş tərəf kimi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tanınıb. Çünki işğaldan azad olunmuş ərazilərdə bütün daşınar və daşınmaz əşyaların mühafizəsi və idarə edilməsi İqtisadiyyat Nazirliyinə həvalə olunub.

Zərərçəkmiş tərəfin nümayəndəsi əşyalar qaytarıldığı üçün şikayətçi olmadıqlarını bildirib.

Məhkəmə təqsirləndirilən şəxs barəsində 1 il azadlığın məhdudlaşdırılması cəzası təyin edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv