Meymunçiçəyi virusu Azərbaycanda: Yoluxma, əlamətlər və QORUNMA YOLLARI

Meymunçiçəyi virusu Azərbaycanda: Yoluxma, əlamətlər və QORUNMA YOLLARI






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #COVID-19, #Kuba, #Meymunçiçəyi virusu, #Səhiyyə Nazirliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanda meymunçiçəyi virusuna ilk yoluxma faktı qeydə alınıb. Səhiyyə Nazirliyi və TƏBİB-in birgə məlumatına görə, 22 yaşlı Azərbaycan vətəndaşı xarici ölkəyə turistik səfərdən qayıtdıqdan bir neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıdakı klinikalardan birinə müraciət edib. Həkim-infeksionist xəstənin simptomlarına əsasən meymunçiçəyi virusuna yoluxmadan şübhələnib.

presstvaz-ın xəbərinə görə, virus aşkarlanan pasiyentin müraciət etdiyi klinikanın dermatoloqu, uzman həkim Mehdi İskəndərli meymunçiçəyinin təhlükəsi, profilaktikası və müalicə üsulları haqqında Oxu.Az-a danışarkən bildirdi ki, meymunçiçəyi poksvirus (poxviridae) qrupuna aid olan virus mikrobları tərəfindən törədilən infeksion dəri xəstəliyidir.

“Meymunçiçəyi lokal dəri xəstəliyi hesab edilmir. İnkubasiya dönəmindən sonra xəstədə qızdırma, halsızlıq, başağrısı, əzələ-sümük ağrısı, oynaq ağrıları kimi prodromal əlamətlər müşahidə edilir. Prodromal mərhələdən sonra xəstədə çiçək açırmış kimi göbəklənən səpgilər meydana gəlir.

Bu səpgilər bədənin hər tərəfində yarana bilər. Poksvirus ailəsinə aid olan çiçək, molluskum kontakiozum, orf xəstəliyi, o cümlədən, herpes ailəsinə aid olan suçiçəyinə bənzər səpgilər verir.

Meymunçiçəyinin COVID-19 qədər sürətli yayılma qabiliyyəti yoxdur, öldürmə qabiliyyəti aşağıdır. Suçiçəyinə bənzər gedişat göstərir”, – deyə həkim bildirib.

Həkim vurğulayıb ki, əlavə immuniteti zəiflədən hal olmazsa, xəstəlik öz ömrünü iki-dörd həftə ərzində başa vurur və yaraların qabıqlanması ilə xəstə sağalma dönəminə girmiş olur:

“Xəstəliyin profilaktikasında ümumi gigiyena qaydalarına riayət etmək, o cümlədən, əl üçün antiseptik məhlullardan istifadə etmək, xəstəlik zamanı isə qoruyucu tibbi maskalardan, həkimin təyin etdiyi antiseptik tərkibli qarqaralardan istifadə etmək lazımdır”.

Dermatoloq vurğulayıb ki, risk qrupuna aid insanlar bu tədbirlərə daha həssas yanaşmalıdırlar:

“Risk qrupuna daxil olan, meymunçiçəyi xəstəsi ilə təmasda olan insanlar, o cümlədən həkimlər, xəstənin yaxınları, immuniteti zəiflədən xəstəliklərdən dolayı immuniteti aşağı plan xəstələr bu cür profilaktik qaydalara ciddi əməl etməlidirlər. Bu tövsiyələr hamilələr və uşaqlar üçün də keçərlidir”.

Meymunçiçəyinin yoluxma üsullarına gəlincə isə M.İskəndərli vurğulayıb ki, bu xəstəlik, əsasən, dərinin və selikli qişaların uzunmüddətli təması yolu ilə keçir:

“Yəni kontakt yolu ilə. Ən çox cinsi təmasdan sonra yayılır. Bundan başqa, virusa bulaşmış cansız əşyalar, vücud mayesi və damcı yolu ilə də keçə bilər”.

Həkim qeyd edib ki, meymunçiçəyinə yoluxma ilə bağlı karantinin tələb olunub-olunmayacağı ilə bağlı ətraflı fikir bildirə bilməyəcək:

“Ölkəmizdə qeydə alınan ilk meymunçiçəyi klinik halının karantin qaydalarını Səhiyyə Nazirliyinin aidiyyəti şöbələri təyin edəcəklər. O səbəbdən bu barədə ətraflı fikir bildirə bilmərəm.

Bir əsas məsələni qeyd edim ki, xəstəliyin müalicəsində spesifik dərmanlar yoxdur. Yalnız fəsadlaşmış hallarda antiviral terapiyalar aparıla bilər. Adi halda dəstək müalicələrə gəlincə, bol maye qəbul etmək və ev şəraitində qalmaq vacibdir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv