Qanun pozuntularına yol verən neçə həkim və klinika cərimələnib? – RƏSMİ

Qanun pozuntularına yol verən neçə həkim və klinika cərimələnib? – RƏSMİ






presstv

"Presstv"az #Səhiyyə Nazirliyi, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Son günlər həkim səhlənkarlığı ucbatından ölüm və xəsarət halları artıb. Maraqlıdır ki, tərkibində cinayət əməli daşıyan vəziyyət hələ də aktualdır.

Bunun bir səbəbi də son günlər müxtəlif kurslarda oxuyub sertifikat və ya saxta diplom alan “həkim”lərlə bağlıdır. Dəfələrlə müşahidə edilib ki, həmin şəxslər heç bir ali tibbi təhsil almadan müxtəlif klinikalarda həkim kimi fəaliyyət göstərirlər. Bu cür “həkim”lərin bu formada fəaliyyət göstərməsinin nə qədər qanuni olub-olmaması ilə bağlı məlumat vermişdik. Bəs bu kimi qanun pozuntularına yol verən neçə klinika və həkim cərimələnib?

presstvaz-ın xəbərinə görə, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM)  bildirilib ki, 2024-cü il ərzində vətəndaş şikayətləri, dövlət və yerli özünüidarə orqanları tərəfindən müraciət və KİV-də yayılan məlumatlar əsasında AEM tərəfindən planlı və plandankənar yoxlamalar aparılıb:

“Bu müddət ərzində AEM tərəfindən ölkənin 44 regionunda 163 planlı yoxlama keçirilib, nəticədə müxtəlif qanun pozuntuları aşkarlanıb və 55 protokol tərtib edilərək, növbəti icraata göndərilib. Eyni müddətdə ölkənin 29 regionunda 151 plandankənar yoxlama keçirilib, müxtəlif qanun pozuntularına görə 67 protokol tərtib edilərək, növbəti icraata göndərilib”.

Qurumdan əlavə olunub ki, aşkar edilən qanun pozuntularına görə İnzibati Xətalar Məcəlləsinin, əsasən, aşağıdakı maddələrinə uyğun protokollar tərtib edilib:

“210.1 (klinikanın lisenziyasının olmamasına görə fiziki şəxslərin 5 min, MMC-lərin 20-30 min manat arası cərimə edilməsini nəzərdə tutur);

215.1 (tibb müəssisəsinin lisenziyadan kənar fəaliyyət göstərməsinə görə vəzifəli şəxslərin 800-1 000, MMC-lərin 6 000-8 000 manat arası cərimə edilməsini nəzərdə tutur);

215.3 (ixtisaslaşmış tibbi yardımın “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun qaydalarına uyğun olmamasına görə vəzifəli şəxslərin 800-1 000, MMC-lərin 6 000-8 000 manat arası cərimə edilməsini nəzərdə tutur);

215.4 (həkimlərin beş ildən bir keçirilən sertifikasiya imtahanından keçməyərək, sertifikatsız fəaliyyət göstərməsinə görə 500 manat cərimə nəzərdə tutulur)”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv