Demensiya diaqnozundan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxan Bryus Uillisdən təsirli jest

Demensiya diaqnozundan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxan Bryus Uillisdən təsirli jest






presstv

"Presstv"az #Bryus Uillis, #Demensiya, #Kaliforniya, #Los-Anceles, #Meşə yanğınları

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Hollivudun sevilən ulduzlarından olan Bryus Uillis demensiya diaqnozu qoyulduqdan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb. O, Los-Ancelesdə polis zabiti ilə görüşüb və Kaliforniya ştatında genişmiqyaslı meşə yanğınlarına qarşı mübarizəyə görə təşəkkür edib.

presstvaz-ın verdiyi məlumata görə, bu barədə aktyorun həyat yoldaşı Emma Heminq Uillis özünün “Instagram” səhifəsində paylaşım edib.

Ağ-qara kadrlarda Uillisin polis zabiti ilə əl sıxması və şəkil çəkdirməsi əks olunub.

“Bryus fövqəladə xidmət işçisini görərkən səmimi şəkildə əl sıxmaq və “xidmətinizə görə təşəkkür edirəm” deməklə minnətdarlığını bildirmək fürsətini heç vaxt qaçırmayıb. Dünənki gün də fərqli olmadı”, – deyə Emma yazıb.

Mediada qeyd olunur ki, bu, aktyorun 2023-cü ilin fevralında frontal-temporal demensiya diaqnozu qoyulduqdan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxmasıdır.

Kadrlar ulduzun doğmaları və pərəstişkarları tərəfindən böyük rəğbətlə qarşılanıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv