“Azercell” tətbiqinə yeni “Qonaq Girişi” funksiyası əlavə olundu

“Azercell” tətbiqinə yeni “Qonaq Girişi” funksiyası əlavə olundu






presstv

"Presstv"az #Azercell

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azercell” istifadəçilərə daha rahat xidmət təcrübəsi təqdim etmək məqsədilə öz mobil tətbiqinə “Qonaq girişi” funksiyasını əlavə edib. Bu yenilik bütün istifadəçilərə “Azercell”in müxtəlif xidmət və məhsullarını daha əlçatan edir.

Yeni funksiya istifadəçilərə tətbiqdə qeydiyyatdan keçmədən eSIM (rəqəmsal simkart) sifariş və aktiv etmək, eləcə də nömrə daşınması xidmətindən onlayn yararlanmaq imkanı verir. Eyni zamanda, müştərilər artıq qeydiyyatsız şəkildə “Azercell”in geniş məhsul çeşidi və tarifləri ilə ətraflı tanış ola, şirkətin satış və xidmət mərkəzlərinin xəritə üzərindəki dəqiq ünvanlarını öyrənə bilərlər.

Qeyd edək ki, “Azercell” tətbiqi nömrənin asan idarə edilməsi üçün nəzərdə tutulmuş çoxfunksional özünəxidmət platformasıdır. Tətbiq balans, abunələr, nömrənin xətti, ödəmələr, cari kampaniyalar və digər məlumatlara ani giriş imkanı verir. Həmçinin tətbiq üzərindən digər “Azercell” tətbiqlərini də idarə etmək mümkündür.

“Azercell Telekom” MMC haqqında ətraflı məlumat üçün “Azercell” səhifəsinə keçid etməyinizi xahiş edirik.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv