Suriyada Əsəd rejiminin devrilməsindən sonra ilk beynəlxalq uçuş hansı ölkəyə oldu?

Suriyada Əsəd rejiminin devrilməsindən sonra ilk beynəlxalq uçuş hansı ölkəyə oldu?






presstv

"Presstv"az #Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), #Dəməşq, #Hava Yolları, #Qətər, #Suriya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Suriyada Baas rejiminin devrilməsindən sonra Dəməşq hava limanından ilk beynəlxalq uçuş həyata keçirilib.

Bu barədə  presstvaz   “Haber Global”a istinadən xəbər verir.

Məlumata görə, Bəşər Əsəd rejiminin devrilməsindən sonra yenidən fəaliyyətə başlayan və dekabrın 18-də ilk sərnişin təyyarəsi uçuşunun Dəməşq-Hələb reysi ilə baş tutduğu paytaxtın hava limanı beynəlxalq uçuşlara da açılıb.

Suriya Hava Yollarına məxsus sərnişin təyyarəsi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şarja şəhərinə getmək üçün paytaxt Dəməşqdən havaya qalxıb.

Dəməşq Hava Limanının müdiri Enis Falluh dekabrın 7-də Qətər Hava Yollarının Doha-Dəməşq reysinin də təşkil ediləcəyini bildirib.

“Uçuşların artacağına ümid edirik. Uçuşların təhlükəsiz şəkildə həyata keçirilməsi üçün imkanlarımız daxilində hava limanında hazırlıqlarımızı tamamladıq. Təyyarələri qarşılamağa hazırıq”, – deyə o qeyd edib.

Falluh hazırda hava limanında 140-150 sərnişinin olduğunu nəzərə çatdırıb. Həmçinin bir çox şirkətin bu hava limanından istifadə etmək üçün yeni müqavilələr bağlamaq istədiyini də vurğulayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv