Media nümayəndələri üçün “Vizual təsirin gücləndirilməsi” mövzusunda vörkşop keçirilib

Media nümayəndələri üçün “Vizual təsirin gücləndirilməsi” mövzusunda vörkşop keçirilib






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Medianın İnkişafı Agentliyi tərəfindən bir sıra media nümayəndələrinə “Vizual təsirin gücləndirilməsi və müasir auditoriya üçün cəlbedici multimedia məzmunlarının hazırlanması” mövzusunda vörkşop keçilib.

presstvaz xəbər verir ki, açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli vurğulayıb ki, rəqəmsal dövrdə medianın auditoriya ilə effektiv kommunikasiya qurması üçün vizual hekayəçilik və multimedia alətlərindən düzgün istifadə xüsusi əhəmiyyət daşıyır. O qeyd edib ki, belə vörkşoplar jurnalistlərin peşəkar bacarıqlarının inkişafına, həmçinin müasir media mühitində rəqabət qabiliyyətli məzmunların hazırlanmasına töhfə verir.

Vizual kommunikasiya mütəxəssisi və film rejissoru Antye Dombrovskinin təqdimatında keçilən vörkşop çərçivəsində ümumilikdə altı sessiya təşkil olunub. Sessiyalarda “Müasir multimedia məzmun yaradıcılığına giriş: təcrübə və fikir mübadiləsi”, “Real iş mühitində qərarvermə: peşə terminologiyası, montaj və vizual elementlərin işlənilməsi”, “Hekayəyə giriş: auditoriyanı cəlb edən giriş strategiyaları, emosiya və etibarlılıq”, “Avadanlıqlardan istifadə: kadrlama və perspektivin gücü”, “Vizual materiallarda emosional təsir və etik yanaşma”, eləcə də “Vizual hekayəçilikdə refleksiya və əsas nəticələr” mövzuları müzakirə olunub.

Antye Dombrovski diqqətə çatdırıb ki, vizual hekayəçilik və multimedia alətlərindən effektiv istifadə media materiallarının təsir gücünü artırmaqla yanaşı, məlumatın auditoriyaya daha aydın və cəlbedici şəkildə çatdırılmasına xidmət edir.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv