BP “Mərkəzi Azəri” platformasının işini qismən dayandırmağı planlaşdırır

BP “Mərkəzi Azəri” platformasının işini qismən dayandırmağı planlaşdırır






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

BP şirkəti bu ilin avqust ayında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundakı “Mərkəzi Azəri” platformasının fəaliyyətini profilaktik işlər üçün qismən dayandırmağı planlaşdırır.

presstvaz “Report”a istinadən xəbər verir ki, bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Covanni Kristofoli bu gün keçirilən mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, platformanın işi tamamilə dayandırılmayacaq.

“Profilaktika 11 gün davam edəcək və bu müddət ərzində yalnız “Mərkəzi Azəri” platformasının qaz qurğularının fəaliyyəti dayandırılacaq. Platformadan neft hasilatı davam edəcək”, – C.Kristofoli bildirib.

Xatırladaq ki, 18 fevral 2005-ci ildə Prezident İlham Əliyev yeni inşa olunmuş “Mərkəzi Azəri” hasilat, qazma və yaşayış platformasına səfər edərək AÇG-nin tammiqyaslı işlənməsinin başlandığını bildirən ilk neftin əldə olunmasını rəsmi tədbirlə qeyd edib.

Qeyd edək ki, “Mərkəzi Azəri” platforması Bakıdan 100 kilometr şərqdə Xəzər dənizində suyun dərinliyinin təxminən 128 metr olduğu yerdə yerləşən dəniz hasilat, qazma və yaşayış (HQY) platformasıdır. 2005-ci ilin fevralından istismarda olan platforma “Azəri” yatağının mərkəzi hissəsindən neft hasil etmək üçün tikilib. Platformadan əlavə, yaşayış, qazma, hasilat, texnoloji emal, kompressiya və laya qaz, su, şlam vurulması obyektlərini əhatə edən iri bir dəniz kompleksi yaratmaq məqsədilə “Mərkəzi Azəri”də bir kompressor və suvurma platforması (KvəSP) quraşdırılıb və körpü ilə HQY platformasına birləşdirilib.

“Mərkəzi Azəri” obyektlərinə 48 quyu gövdəsinə malik HQY platforması, platformadan Səngəçal terminalına qədər 30 düymlük sualtı neft boru kəməri, Səngəçal terminalına qədər 28 düymlük qaz boru kəməri və qurudakı mövcud Səngəçal terminalının genişləndirilməsi daxildir.

“Mərkəzi Azəri” platformasından 2025-ci il ərzində ümumi hasilat gündə orta hesabla 90 000 barel təşkil edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv