Gürcüstanda 23 yaşlı azərbaycanlı qadın əməliyyatdan sonra öldü

Gürcüstanda 23 yaşlı azərbaycanlı qadın əməliyyatdan sonra öldü






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Gürcüstanda 23 yaşlı azərbaycanlı qadın əməliyyatdan sonra ölüb.

presstvaz aktual.ge-yə istinadən xəbər verir ki, onun vəziyyəti Tbilisidə Urologiya Milli Mərkəzində pisləşib.

Mərhumun yaxınları ölüm hadisəsində əməliyyatı aparan həkimini günahlandırırlar.

“Gülə-gülə, zarafatla, yaxşı əhvali-ruhiyyədə xəstəxanaya gəldi, əməliyyat olundu və ertəsi gün vəfat etdi. Demişdim ki, əgər lazerlə əməliyyat risklidirsə, onda adi əməliyyat edək. Dedilər yox, heç nə olmayacaq, hər şey normal olacaq. Əgər hər şey qaydasında idisə, niyə öldü?!”, – deyə mərhumun ailə üzvü bildirib.

Urologiya mərkəzindən də baş verən hadisəyə münasibət bildirilib: “Gənc qadında sidik daşı olduğuna görə, daşın çıxarılması məqsədilə endoskopik əməliyyat aparıldı. Əməliyyatı mərkəzimizin aparıcı mütəxəssisi həyata keçirdi. Belə əməliyyatlar ildə azı 400 dəfə edilir, həmin gün də səhv etmirəmsə, üç əməliyyat aparılmışdı. Əməliyyat günü qanaxma olmayıb, lakin ertəsi gün hemolitik sindrom inkişaf edib. Bu, böyrək və qaraciyərin kəskin çatışmazlığı ilə özünü göstərib. Buna görə də xəstənin başqa klinikaya köçürülməsinə qərar verilib. Bu çox nadir ağırlaşmanın niyə baş verdiyinin dəqiq etioloji səbəbi bizə məlum deyil. Biz məsuliyyətdən yayınmırıq, ekspertiza rəyini gözləyirik”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv