Mingəçevirdə faciəli şəkildə həyatını itirən tanınmış şəxsin oğlu imiş

Mingəçevirdə faciəli şəkildə həyatını itirən tanınmış şəxsin oğlu imiş






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ötən gün Mingəçevirdə 45 yaşlı kişini elektrik cərəyanı vurub.

presstvaz Bizim.Media-ya istinadən xəbər verir ki, Mingəçevir şəhərində “Dəli Kür” restoranı yaxınlığında yerləşən yarımstansiya ərazisində baş verən hadisədə vəfat edən şəxs Qəbələ rayon Vəndam qəsəbə sakini Zaur Mahmudovdur.

Zaurun atası Musa Mahmudov isə rayonda, eləcə də ölkəmizdə tanınmış arıçılardan biridir. Bir neçə il əvvəl Musa Mahmudov Azərbaycanın ən yaşlı tələbəsi kimi mətbuatın diqqətində olmuşdu. O, yaşının ahıl çağında Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Arıçılıq ixtisasına sənəd verərək qəbul olunmuş və Mərkəzi müvəffəqiyyətlə tamamlamışdı.

Qeyd edək ki, Mingəçevir şəhərində 1981-ci il təvəllüdlü Zaur Mahmudov iş görən zaman ehtiyatsızlıqdan elektrik xəttinə toxunub. Nəticədə elektrik cərəyanı onu vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv