Türkiyə Britaniya ilə müdafiə sahəsində əməkdaşlığı gücləndirmək niyyətindədir

Türkiyə Britaniya ilə müdafiə sahəsində əməkdaşlığı gücləndirmək niyyətindədir






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın Baş naziri Kir Starmerlə telefon danışığı aparıb.

presstvaz xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Məlumata görə, telefon danışığı zamanı Türkiyə ilə Britaniya arasında ikitərəfli münasibətlər, həmçinin regiondakı münaqişə mühiti ilə bağlı regional və qlobal məsələlər müzakirə olunub.

Ərdoğan bildirib ki, Türkiyə və Böyük Britaniya arasında əməkdaşlığın, xüsusilə müdafiə sənayesi sahəsində olmaqla, bir çox istiqamətlər üzrə daha da inkişaf etdirilməsi üçün güclü siyasi iradə mövcuddur. O qeyd edib ki, iki ölkə arasındakı tərəfdaşlığın genişləndirilməsi üçün yeni addımlar atılmağa davam ediləcək.

Söhbət zamanı Türkiyə lideri İranla bağlı baş verən hadisələri yaxından izlədiklərini vurğulayıb. Onun sözlərinə görə, hücumların uzun müddət davam etməsi həm regional, həm də qlobal sabitliyə ciddi zərər vura bilər.

Ərdoğan əlavə edib ki, hələ də dialoq üçün imkanlar mövcuddur və sülhə yönəlmiş təşəbbüslər davam etdirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv