İtaliyada məhkəmə süni intellektin tövsiyəsi əsasında işdən çıxarmanı qanuni sayıb

İtaliyada məhkəmə süni intellektin tövsiyəsi əsasında işdən çıxarmanı qanuni sayıb






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Roma məhkəməsi korporativ yenidənqurma çərçivəsində süni intellekt alətlərindən istifadə edilən proses zamanı əməkdaşın işdən çıxarılmasını qanuni hesab edib.

presstvaz xəbər verir ki, bu barədə “Corriere della Sera” nəşrinə istinadən məlumat verilib.

Bu qərar İtaliya məhkəmə təcrübəsində süni intellekt texnologiyalarının əmək mübahisəsində birbaşa yer aldığı ilk qərarlardan biri sayılır.

Məsələ kibertəhlükəsizlik şirkətində çalışan qrafik dizaynerlə bağlı olub. İqtisadi çətinliklər fonunda müəssisə bir sıra funksiyaları mərkəzləşdirərək restrukturizasiya aparıb və proseslərin optimallaşdırılması üçün texnoloji həllər tətbiq edib. Nəticədə əməkdaşın vəzifəsi ləğv edilib və o, “əsaslandırılmış obyektiv səbəb” ilə işdən azad olunub.

Məhkəmə işəgötürənin mövqeyini dəstəkləyərək real iqtisadi və təşkilati səbəblərin mövcudluğunu, yenidənqurma ilə iş yerinin ləğvi arasında birbaşa əlaqəni, həmçinin əməkdaşın başqa vəzifəyə keçirilməsinin mümkün olmadığını qeyd edib. Eyni zamanda vurğulanıb ki, süni intellekt işdən çıxarılma üçün müstəqil hüquqi əsas deyil, yalnız biznesin səmərəliliyini artırmaq üçün istifadə olunan alət kimi qiymətləndirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv