Gəncədə yerləşən Azərbaycan Xalq Cümhuriyyəti Muzeyindən REPORTAJ

Gəncədə yerləşən Azərbaycan Xalq Cümhuriyyəti Muzeyindən REPORTAJ






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan tarixinin formalaşdığı, dövlətçilik ənənələrinin təşəkkül tapdığı və mədəniyyət mərkəzi olan Gəncə şəhəri zəngin və şanlı tarixi keçmişi ilə şöhrət qazanıb.

presstvaz PhotoStock.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi də bu tarixin bir parçası və şahididir.

Binanın təməli 1897-ci ildə qoyulub. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti isə burada üç ay fəaliyyət göstərib. Azərbaycan tarixində ilk dəfə baş tutan və 211 qərarın qəbul edildiyi iclas məhz bu binada keçirilib.

Burada Azərbaycanın ilk baş naziri Fətəli xan Xoyskinin iş otağı yerləşir. Bundan başqa, muzeyin zallarında Həsən bəy Ağayev, Xudadat bəy Rəfibəyli, Nəsib bəy Yusifbəyli, Xəlil bəy Xasməmmədov və başqa cümhuriyyət liderlərinin şəkilləri, onların qəbul etdikləri qanunlar və qərarlar nümayiş olunur.

Həmçinin Qafqaz İslam Ordusunun xilaskar missiyasına və onun komandanı Nuru Paşaya həsr olunan sənədlər də var. Azərbaycanın ilk dövlət xəritəsi və İstiqlal Bəyannaməsi də bu muzeydə nümayiş olunur.

Muzeydəki bütün əşyalar və sənədlər ilk versiyada olduğu kimi qorunub saxlanılıb.

Gəncə şəhərində yerləşən Azərbaycan Xalq Cümhuriyyəti Muzeyindən fotoreportajı təqdim edirik:

Daha çox foto burada: PhotoStock.az


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv