Süni intellektdən qorxunc proqnoz: Dünya müharibələrinin 95%-i nüvə ilə bitə bilər

Süni intellektdən qorxunc proqnoz: Dünya müharibələrinin 95%-i nüvə ilə bitə bilər






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Aparıcı süni intellekt sistemləri mümkün dünya müharibələrinin 95 faizində nüvə silahından istifadə ediləcəyini proqnozlaşdırır.

presstvaz xəbər verir ki, bu barədə “New Scientist” nəşri məlumat yayıb.

Məlumata görə, “OpenAI”, “Anthropic” və “Google” şirkətlərinə məxsus modellər 21 simulyasiya ssenarisi üzrə “müharibə oyunu” keçirib. Süni intellekt sistemləri qəbul etdikləri qərarları əsaslandırmaq üçün ümumilikdə 780 min söz həcmində izah təqdim ediblər.

Təhlillər göstərib ki, heç bir model rəqibə tam uyğunlaşmaq və ya təslim olmaq qərarı verməyib. Onlar yalnız müəyyən mərhələlərdə zorakılığın səviyyəsini müvəqqəti azaltmağa nail olublar. Əksər ssenarilərdə isə eskalasiya nəticə etibarilə nüvə silahından istifadəyə gətirib çıxarıb.

Prinston Universitetinin tədqiqatçıları bildiriblər ki, böyük dövlətlər artıq bu tip simulyasiyalarda süni intellektdən istifadə edirlər. Lakin həmin sistemlərin real siyasi və hərbi qərarların qəbulunda nə dərəcədə nəzərə alındığı hələ də məlum deyil.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv