Gəncədə güclü külək fəsadlar törətdi: İri gövdəli ağac məktəbin qarşısında aşdı

Gəncədə güclü külək fəsadlar törətdi: İri gövdəli ağac məktəbin qarşısında aşdı






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Təbriz küçəsində hərəkətin intensiv olduğu vaxtda çinar ağacının budağı avtomobillərin üzərinə qırılıb

          presstvaz  xəbər verir ki, bu gün — 27 fevral  səhər saatlarından başlayaraq Gəncə şəhəri ərazisində hava şəraiti kəskin pisləşib, şiddətli külək müşahidə olunur. Təbiət hadisəsi şəhərin infrastrukturunda müəyyən çətinliklər yaradıb, bir neçə istiqamətdə işıqforların fəaliyyəti müvəqqəti dayanıb.

Məktəblilər üçün tükürpədici anlar: Xəsarət alan olmasa da, maddi ziyan var

         Ən təhlükəli vəziyyət şəhərin Təbriz küçəsində qeydə alınıb. Güclü küləyin təsirindən iri gövdəli çinar ağacının böyük bir budağı qırılaraq yolun hərəkət hissəsinə düşüb. Hadisənin baş verdiyi ərazi M. Ş. Vazeh adına 16 nömrəli tam orta məktəbin birbaşa qarşısıdır.

         presstvaz-ın hadisə yerində olan müxbiri bildirir ki, ağacın qırılması dərsin davam etdiyi və həm piyadaların, həm də avtomobillərin ən sıx olduğu vaxta təsadüf edib. Xoşbəxtlikdən, hadisə zamanı məktəblilər və yoldan keçən sakinlər arasında xəsarət alan olmayıb. Lakin ağac qırıntıları yoldan keçən avtomobillərin üzərinə sıçrayıb, nəqliyyat vasitələrinə maddi ziyan dəyib.

Aidiyyatı qurumlar xəbərdar edilib

         Hazırda ərazidə güclü külək davam edir. Sakinlərə və sürücülərə iri ağacların, reklam lövhələrinin və hündür binaların yaxınlığından keçərkən ehtiyatlı olmaq tövsiyə olunur. Hadisə yerinə müvafiq qurumların cəlb edilməsi və yolun təmizlənməsi istiqamətində işlərin aparılması gözlənilir.

presstvaz  hadisə yerindən ən son görüntüləri təqdim edir:


VİDEO MATERİAL

(Hadisə yerindən kadrlar: 27.02.2026, saat 12:30)

presstvaz   – Azərbaycanın etibarlı informasiya mənbəyi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv