BNMİ-dən xüsusi əməliyyat: 51 kq narkotik və minlərlə psixotrop həb ələ keçdi

BNMİ-dən xüsusi əməliyyat: 51 kq narkotik və minlərlə psixotrop həb ələ keçdi






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sabiq məhkumun paytaxtda gizlətdiyi böyük narkopartiya ifşa olundu

           Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən presstvaz-a daxil olan məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin (BNMİ) əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə və satışına qarşı növbəti genişmiqyaslı əməliyyat tədbiri həyata keçiriblər.

Narkotik deposu: Avtomobil və gizli sığınacaq Daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər güclü təsiredici xassəyə malik psixotrop maddələrin satışını təşkil etdiyinə görə məhkum olunmuş Fuad Həsənov saxlanılıb.

presstvaz   xəbər verir ki, onun idarə etdiyi avtomobilə və paytaxt ərazisində narkotikləri saxlamaq üçün istifadə etdiyi gizli yerə baxış keçirilib. Baxış zamanı aşağıdakılar aşkar edilərək dövriyyədən çıxarılıb:

  • Tərkibi psixotrop maddələrlə süni şəkildə zənginləşdirilmiş 51 kiloqram 555 qram marixuana;

  • 2999 ədəd metadon həbi.

İranlı narkotacirin “kuryeri” İlkin sorğu zamanı Fuad Həsənov etiraf edib ki, o, şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girib. F.Həsənovun tapşırığı külli miqdarda narkotik vasitəni Bakı şəhəri ərazisində müəyyən edilmiş ünvanlara yerləşdirmək (narkokuryerlik) və bunun müqabilində maddi qazanc əldə etmək olub.

            Həbs qətimkan tədbiri seçildi Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Fuad Həsənov barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda narkotik şəbəkəsinin digər üzvlərinin ifşa olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

presstvaz   – Azərbaycanın etibarlı informasiya mənbəyi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv