Omanda dəvələrin gözəllik müsabiqəsində qalmaqal: 20 heyvan botoks səbəbindən kənarlaşdırıldı

Omanda dəvələrin gözəllik müsabiqəsində qalmaqal: 20 heyvan botoks səbəbindən kənarlaşdırıldı






presstv

"Presstv"az #Audi, #Dollar

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Omanda keçirilən dəvəl’rin gözəllik müsabiqəsində 20 heyvan yarışdan kənarlaşdırılıb. Buna səbəb dəvələrdə kosmetik prosedur izlərinin aşkarlanması olub.

presstvaz “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, bu barədə yarış təşkilatçıları və yoxlamada iştirak edən baytar mütəxəssislər açıqlama veriblər.

Dəvə gözəllik müsabiqələri Fars körfəzi ölkələrində geniş yayılıb və bədəvilərin mədəni irsinin mühüm hissəsi hesab olunur. Bu cür tədbirlərdə minlərlə heyvan iştirak edir, mükafat fondu isə milyonlarla dollara çatır. Bu da yetişdiricilər arasında rəqabəti daha da gücləndirir.

Təşkilatçıların məlumatına görə, Maskatda keçirilən yarışlarda bəzi dəvə sahibləri üstünlük qazanmaq üçün qadağan olunmuş müdaxilələrə əl atıblar. Belə ki, dəvələrdə dodaqların böyüdülməsi məqsədilə botoks inyeksiyaları, üz ifadələrinin dəyişdirilməsi üçün miorelaksantlar, eləcə də hürgüclərin formasını düzəltmək üçün silikon və mum doldurucular aşkar edilib.

Qeyd olunub ki, dəvələrin xarici görünüşünün süni şəkildə yaxşılaşdırılmasının istənilən forması qaydalara ziddir və saxtakarlıq kimi qiymətləndirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv