Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb






presstv

"Presstv"az #Audi, #Avto, #Azərbaycan, #Ermənistan, #Gürcüstan, #İlham Əliyev, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb.

presstvaz AZƏRTAC-a istinadla xəbər verir ki, Azərbaycandan Ermənistana yanacaq məhsullarının tədarükü çərçivəsində növbəti 4 500 ton dizel yanacağı Güzdək stansiyasından göndərilib.

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının növbəti tədarükü baş tutur.

presstvaz “Report”a istinadən xəbər verir ki, 4 500 ton dizel daşıyan 39 ədəd çən vaqonu “Azərbaycan Dəmir Yolları” QSC-nin Güzdək stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınır.

Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.

Xatırladaq ki, sonuncu dəfə yanvarın 11-də Azərbaycandan Ermənistana 979 ton “Aİ 92” markalı avtomobil yanacağı yüklənmiş 18 vaqon yola salınıb. Bundan əvvəl isə ayın 9-da Ermənistana ümumilikdə 2 698 ton neft məhsulu göndərilib. Daşınan yüklərə 1 742 ton “Aİ-95” markalı benzin və 956 ton dizel yanacağı daxil olub.

Bu ölkəyə yanacaq ixracına isə 2025-ci dekabrın 18-də başlanılıb. Həmin gün Ermənistana 1 220 ton “Aİ-95” markalı avtomobil yanacağı tədarük edilib.

Prezident İlham Əliyevin 2025-ci ilin oktyabrında verdiyi qərara əsasən, işğal dövründən bəri qüvvədə olan Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu istiqamətdə daşımalar davam edir.

Azərbaycandan Ermənistana növbəti dizel yanacağı partiyasının göndərilməsi nəzərdə tutulur.

presstvaz “Report”a istinadla xəbər verir ki, yanacaq məhsullarının tədarükü çərçivəsində 4 500 ton dizel yanacağının bu ölkəyə göndərilməsi planlaşdırılır.

Qeyd edilən həcmdə dizel yanacağı bu gün – fevralın 25-də dəmir yolu ilə Azərbaycandan yola salınacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv