Bayram qabağı çərəzlər BAHALAŞDI – QİYMƏTLƏR

Bayram qabağı çərəzlər BAHALAŞDI – QİYMƏTLƏR






presstv

"Presstv"az #Bahalaşma, #Novruz bayramı, #Ordubad

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Novruz bayramı yaxınlaşdıqca çərəzlərin qiyməti kəskin artlr. Bayramı fürsət bilənlər qiyməti yüksəldib.

Bəs bayram qabağı bazarda qiymətlər necədir? 

presstvaz xəbər verir ki, satıcıların sözlərinə görə, əvvəllər 17 manata satılan fındıq hazırda 27-28 manatdır:

“Sarı kişmişin qiyməti 9 manat, qara kişmiş isə 8 manat, qabıqlı fındıq keçən il 7 manat idisə, bu il 12 manat, Ordubad cəvizi isə 13 manatdır. Fındıqda bu il bir az qıtlıqdır deyə bahalaşma var”.

Bölgələrdə isə qiymətlər bir az fərqlidir.

Qoz 4 manatdan 8 manata kimi,qabıqlı fındıq 4 manatdan 7 manata kimi, qoz ləpəsi 5 manatdan 20 manata kimi dəyişir.

Alıcılar isə qiymətin ürəkaçan olmadığını bildiriblər.

İqtisadçı Xalid Kərimli məsələ ilə bağlı qeyd edib ki, qiymətlərin baha olması məhsuldarlığın aşağı düşməsi və bu sahədə logistika xərclərinin yüksək olması ilə bağlıdır:

“2025-ci ildə çərəzlərdə ciddi məhsuldarlıq problemi olub, buna görə də bahalaşma var”.

İqtisadçı hesab edir ki, bayramla bağlı yaranan müvəqqəti xarakter daşısa da, digər amillərlə bağlı baş verən qiymət artımları elə olduğu kimi qalacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv