Bu MMC 10 min CƏRİMƏLƏNDİ

Bu MMC 10 min CƏRİMƏLƏNDİ






presstv

"Presstv"az #Bakı, #İnzibati Xətalar Məcəlləsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakıda şirkət külli miqdarda cərimələnib.

presstvaz Qaynarinfo-ya istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi "Brand Metal" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC( barəsində İnzibati Xətalar Məcəlləsinin 233.1-ci (Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının, habelə zərərli fiziki təsirlərin hədlərinin yol verilə bilən normativlərdən artıq olması) maddəsi ilə protokol tərtib edib.

Buna səbəb MMC tərəfindən Ətraf mühitə atılan, axıdılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması nəticəsində ətraf-mühitin çirkləndirilməsi halına yol verilməsi olub. İşə məhkəmədə baxılıb. 

Məhkəmənin qərarı ilə şirkət İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən 10500 manat cərimə edilib. 

Qeyd edək ki, tullantı akkumulyatorların təkrar emalı və qurğuşun istehsalı ilə məşğul olan "Brand Metal" MMC-nin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Əliyeva Gülnar Namizəd qızıdır. 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv