“İnsanabənzər robotlar uşaqlarla müqayisə edilə bilər” – Şirkət rəhbərindən maraqlı açıqlama

“İnsanabənzər robotlar uşaqlarla müqayisə edilə bilər” – Şirkət rəhbərindən maraqlı açıqlama






presstv

"Presstv"az #Audi, #Çin

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“İnsanabənzər (humanoid) robotlar inkişaf baxımından uşaqlarla müqayisə edilə bilər”.

presstvaz-ın “RİA Novosti” agentliyinə istinadən xəbərinə görə, bu barədə Çinin “Unitree Robotics” şirkətinin təsisçisi Van Sinsin danışıb.

“Hazırda robototexnika 10 yaşlı uşaq səviyyəsindədir. Hər il davamlı texnoloji irəliləyişlər baş versə də, genişmiqyaslı tətbiq üçün əvvəlki kimi vaxt tələb olunur. Bunun üçün ən azı 3-5 il lazım olacaq, lakin bu müddət 10 ili keçməyəcək”, – deyə Van Sinsin bildirib.

Qeyd edək ki, fevralın 17-də şirkət tərəfindən istehsal olunan insanabənzər robotlar “döyüş sənəti bacarıqlarını” nümayiş etdiriblər. Söhbət maşınların sürətli hərəkət etmək və tarazlığı qorumaq qabiliyyətini göstərmək üçün hazırlanmış xoreoqrafik performansdan gedir.

Robotlar, həmçinin xüsusi əməliyyat zonalarında da istifadə olunur. Xüsusilə onlar yanacağın daşınması üçün tətbiq edilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv