Avstraliya Britaniyanın sabiq şahzadəsi Endryunun taxt-tac varisliyindən çıxarılmasını dəstəklədi

Avstraliya Britaniyanın sabiq şahzadəsi Endryunun taxt-tac varisliyindən çıxarılmasını dəstəklədi






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Avstraliya, #Böyük Britaniy, #Böyük Britaniya, #Hadisə, #Kanada, #Yeni Zelandiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avstraliya hökuməti Böyük Britaniya Kralı III Çarlzın qardaşı, keçmiş şahzadə Endryu Mauntbetten-Vindzorun Britaniya taxt-tacına varislik hüququndan məhrum edilməsini dəstəkləməyə hazır olduğunu bəyan edib.

presstvaz xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Avstraliyanın Baş naziri Entoni Albaneze britaniyalı həmkarı Kir Starmerə məktub göndərərək rəsmi Kanberranın mövqeyini çatdırıb. Məktubda bildirilir ki, amerikalı maliyyəçi Ceffri Epşteynlə əlaqələri ilə bağlı araşdırmaların nəticəsi olaraq, Endryunun varislikdən kənarlaşdırılması ilə bağlı istənilən təklif Avstraliya tərəfindən dəstəklənəcək. Baş nazir hadisənin tam və şəffaf şəkildə araşdırılmasının vacibliyini vurğulayıb.

Xatırladaq ki, fevralın 19-da şahzadə Endryu “Epşteyn işi” çərçivəsində saxlanılıb, onun evində axtarış aparılıb. Daha sonra sərbəst buraxılan Endryu ona qarşı irəli sürülən bütün ittihamları rədd edir.

Qeyd edək ki, şahzadənin varislikdən məhrum edilməsi üçün Böyük Britaniya parlamentinin qərarı və III Karlın dövlət başçısı olduğu 14 Birlik ölkəsinin, o cümlədən Avstraliya, Kanada və Yeni Zelandiyanın razılığı tələb olunur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv