“Milyon dollar”ın səkkiz dollara satıldığı, hamilə qadınların rinqdə döyüşdüyü şəhər – VİDEO

“Milyon dollar”ın səkkiz dollara satıldığı, hamilə qadınların rinqdə döyüşdüyü şəhər – VİDEO






presstv

"Presstv"az #Ailə, #Audi, #Boliviya, #Dollar, #Liviya, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

La-Pas Boliviyanın faktiki paytaxtı sayılan, dəniz səviyyəsindən 3 600 metr hündürlükdə yerləşən maraqlı bir şəhərdir.

Baku TV qeyd edir ki, burada insanlar uğur gətirdiyinə inandıqları amuletləri həvəslə alırlar. Hər il keçirilən Alasitas bazarında “arzuların simvolu” kimi xarakterizə olunan miniatür əşyalar satılır. Bunların arasında milyon dollar maketi də var. Yerli sakinlər inanırlar ki, bu amuleti evdə saxlamaq bolluq və qazancı cəlb edir. Qiyməti isə cəmi səkkiz dollardır.

La-Pasda qadınların sevimli idman növü rinqdə döyüşdür. “Çolitas” adlanan əlbəyaxa döyüşlə məşğul olan hətta hamilə qadınlar ənənəvi çoxqatlı ətəklərini çıxarmadan döyüşürlər. Bu idman növü şəhərdə böyük maraqla izlənilir.

Burada sosial sistem də diqqətçəkəndir. Hamilə qadınların müayinələrə getməsi və uşaqların sağlamlığına nəzarət üçün dövlət ailələrə pul ödəyir. Yəni bəzi hallarda xəstəxanaya pul ödəmək əvəzinə, klinikalar vətəndaşa maddi dəstək göstərir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv