Meksikada kartel lideri öldürüldü: ABŞ-li turistlər girov götürüldü

Meksikada kartel lideri öldürüldü: ABŞ-li turistlər girov götürüldü






presstv

"Presstv"az #ABŞ, #Beynəlxalq Hava Limanı, #Dollar, #Meksika, #Nəqliyyat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Meksikanın ən böyük narkokarteli olan “Xalisko Yeni Nəsil” (CJNG) lideri “El Mencho” ləqəbli Nemesio Osequranın hərbi əməliyyatla öldürülməsindən sonra ölkə xaosa sürüklənib. Qanlı qarşıdurmaların mərkəzi olan Qvadalaxara şəhərində kartel üzvləri beynəlxalq hava limanına basqın edərək ABŞ-li turistləri girov götürüblər.

presstvaz xəbər verir ki, başı üçün ABŞ-də 15 milyon, Meksikada isə 10 milyon dollar mükafat təyin edilən El Mencho Tapalpa şəhərində keçirilən xüsusi hərbi əməliyyat zamanı zərərsizləşdirilib.

Əməliyyatdan qəzəblənən kartel üzvləri Qvadalaxara Beynəlxalq Hava Limanına hücum ediblər. Atışmalar zamanı bir çox sərnişin panika içində qaçarkən, aralarında ABŞ vətəndaşlarının da olduğu qrup girov götürülüb.

Xalisko valisi Pablo Lemus Navarro vəziyyət tam nəzarətə alınana qədər əhalini evdə qalmağa çağırıb. Eyalətdə ictimai nəqliyyat dayandırılıb, beş fərqli bölgədə nəqliyyat vasitələri yandırılıb və yollar bağlanıb.

CJNG Meksikanın ən qəddar və hərbi cəhətdən ən yaxşı təchiz olunmuş cinayət qruplaşmalarından biri hesab olunur. Liderlərinin öldürülməsi bütün ölkə miqyasında təhlükəsizlik risklərini artırıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv