Xamenei öz xələfini müəyyənləşdirdi: "Məni öldürsələr…"

Xamenei öz xələfini müəyyənləşdirdi: "Məni öldürsələr…"






presstv

"Presstv"az #ABŞ, #Hərbi təlimlər, #İran, #İraq, #İsrail, #Müharibə, #Qətər, #Rusiya, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İranın ali lideri Ayətullah Xamenei ABŞ və ya İsrailin ehtimal olunan hücumları nəticəsində öldürüləcəyi təqdirdə necə hərəkət edilməsinə dair yüksək rütbəli köməkçilərinə gizli təlimatlar verib. Bu təlimatların fövqəladə hallarda səlahiyyətlərin ötürülməsi və komandanlıq zəncirini əhatə etdiyi bildirilir.

presstvaz “The New York Times”a istinadla xəbər verir ki, Xamenei həm hərbi, həm də siyasi vəzifələr üçün bir neçə mərhələli xələflər qrupu müəyyən edib. Əlaqə kəsilərsə və ya lider öldürülərsə, qərar qəbul etmə səlahiyyəti dərhal ən yaxın şəxslərə keçəcək.

İddia olunur ki, Xamenei İran Milli Təhlükəsizlik Ali Şurasının baş katibi Əli Laricanini faktiki olaraq dövlət işlərinin başına gətirib. Laricani hazırda həm nüvə diplomatiyasını, həm də Rusiya, Qətər və Oman kimi müttəfiqlərlə koordinasiyanı idarə edir.

İran silahlı qüvvələri ən yüksək hazırlıq vəziyyətinə gətirilib. Raket sistemləri İraq və Bəsrə körfəzi ətrafında yerləşdirilib, ehtimal olunan müharibə ssenariləri üçün hərbi təlimlər keçirilib.

Əli Laricani birbaşa “Ali Lider” xələfi kimi deyil, Xameneinin ən çox güvəndiyi böhran meneceri və müharibə planlamalarını yürüdən əsas şəxs kimi ön plana çıxır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv