Dəri niyə qaşınır? – 15 ən yayılmış səbəb

Dəri niyə qaşınır? – 15 ən yayılmış səbəb






presstv

"Presstv"az #Allergiya, #Depressiya, #diabet, #Həkim, #Stres

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dərinin qaşınması bir çox xəstəlik və orqanizmdə baş verən pozulmaların ilk əlaməti ola bilər. Bəzi hallarda bu simptom ciddi xəstəliklərin başlanğıcı kimi ortaya çıxır. Mütəxəssislər bildirirlər ki, səbəbsiz və uzunmüddətli qaşınma müşahidə olunarsa, mütləq həkimə müraciət edilməlidir.

Həkimlər ilkin olaraq terapevt müayinəsini tövsiyə edir. Zərurət olduqda pasiyent dermatoloq, endokrinoloq, allerqoloq və digər mütəxəssislərə yönləndirilə bilər.

presstvaz dərinin qaşınmasına səbəb olan ən yayılmış 15 səbəbi təqdim edir:

1. Allergiya
Dəri qaşınmasının ən geniş yayılmış səbəblərindən biridir. Heyvan tükləri, yuyucu vasitələr, qidalar, kosmetik məhsullar allergik reaksiyaya səbəb ola bilər. Allergeni müəyyən edib ondan uzaq durmaq əsas şərtdir.

2. Neyrodermit
Allergiyanın daha ağır forması hesab olunur. Dəri qalınlaşır, nahamar olur və qaşınma əsasən gecələr güclənir. Xəstəlik stress fonunda kəskinləşə bilər.

3. Stress və psixoloji pozuntular
Güclü stress, depressiya və bəzi psixi xəstəliklər də qaşınma ilə müşayiət oluna bilər.

4. Şəkərli diabet
Qanda şəkərin yüksəlməsi ümumi və ya lokal (cinsiyyət orqanları, anus) qaşınmaya səbəb olur. Susuzluq, tez-tez sidiyə çıxma, halsızlıq kimi əlamətlərlə müşayiət edilir.

5. Qara ciyər xəstəlikləri
Sirroz və qaraciyər xərçəngi zamanı qaşınma çox güclü və dözülməz olur. Sarılıq, tünd sidik və halsızlıq da müşahidə edilə bilər.

6. Böyrək xəstəlikləri
Böyrəklərin qanın təmizlənməsində zəifləməsi orqanizmdə toksinlərin yığılmasına və qaşınmaya səbəb olur.

7. Qotur (uyuz)
Mikroskopik gənələr səbəbindən yaranır. Hazırda nadir hallarda rast gəlinir.

8. Dərman preparatları
Bəzi dərmanların yan təsiri kimi qaşınma yarana bilər. Bu halda həkimə müraciət edilməlidir.

9. Göbələk infeksiyaları
Əsasən ayaq pəncələri və cinsiyyət orqanlarında rast gəlinir. Xüsusi göbələkəleyhinə müalicə tələb olunur.

10. Babasil və proktoloji problemlər
Anus nahiyəsində güclü qaşınma, ağrı və qanlı ifrazatlar müşahidə edilə bilər.

11. Psoriaz
Xroniki dəri xəstəliyidir. Dəri ağ pulcuqlarla örtülür və güclü qaşınma olur.

12. Cinsi yolla keçən infeksiyalar
Cinsiyyət orqanlarında qaşınma, qeyri-adi və iyli ifrazatlar müşahidə edilə bilər.

13. Hormonal dəyişikliklər
Xüsusilə qadınlarda klimaks dövründə qaşınma və quruluq yaranır.

14. Prostat xəstəlikləri
Kişilərdə prostatit və prostat adenoması anus və cinsiyyət orqanlarında qaşınmaya səbəb ola bilər.

15. Quru və nazik dəri
Xüsusilə yaşlı insanlarda rast gəlinir. Nəmləndirici vasitələrin istifadəsi tövsiyə olunur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv