Qızdırması olan uşağa bu səhvləri etməyin – vəziyyəti daha da ağırlaşdıra bilər

Qızdırması olan uşağa bu səhvləri etməyin – vəziyyəti daha da ağırlaşdıra bilər






presstv

"Presstv"az #Ana südü, #Həkim, #Həkim məsləhəti, #Körpə, #qızdırma, #Qrip, #Soyuqdəymə, #Zəhərlənmə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Mütəxəssislər xəbərdarlıq edir ki, uşaqlarda bədən temperaturunun 38°C və üzərinə qalxması diqqət tələb edən haldır. Lakin valideynlərin ev şəraitində etdiyi bəzi yanlış müdaxilələr qızdırmanı azaltmaq əvəzinə, əksinə, vəziyyəti daha da ağırlaşdıra bilər.

presstvaz-ın məlumatına görə, qızdırması olan uşağı çox soyuq və ya buzlu su ilə çimizdirmək təhlükəlidir. Belə müdaxilə orqanizmdə titrəməni artırır və bədənin müdafiə mexanizmini işə salaraq hərarətin daha da yüksəlməsinə səbəb ola bilər.

Ümumiyyətlə, 38°C-dən yuxarı temperatur əhəmiyyətli sayılır, 39°C yüksək qızdırma hesab olunur. Hərarət 40°C-ə çatdıqda isə mütləq həkim müayinəsi tələb edilir. Xüsusilə 3 aydan kiçik körpələrdə 38°C belə ciddi qəbul edilməlidir. Qızdırma 5 gündən çox davam edərsə, səbəbi araşdırılmalıdır.

Uşaqlarda qızdırmanın ən yayğın səbəbi virus infeksiyalarıdır – soyuqdəymə, qrip, virus mənşəli ishal, əl-ayaq-ağız xəstəliyi və s. Bakterial infeksiyalar daha az rast gəlinir, lakin risklidir və mütləq tibbi nəzarət tələb edir. Peyvənddən sonra qısa müddətli yüngül qızdırma normal sayılır, diş çıxarma zamanı isə temperaturun cüzi artması müşahidə oluna bilər.

Həkimlər vurğulayırlar ki, hər qızdırma təhlükə demək deyil. Əksər hallarda bu, immun sisteminin infeksiyaya qarşı mübarizə apardığının göstəricisidir. Uşağı sakitləşdirmək üçün ilıq duş faydalı ola bilər, amma yalnız müəyyən şərtlərlə.

Qətiyyən edilməməli olanlar:

Uşağı qalın geyimlərə bürümək və ya yorğanla sıx örtmək

Buzlu və ya çox soyuq su ilə duş qəbul etdirmək

Spirtlə bədəni silmək

Həkim məsləhəti olmadan antibiotik vermək

Qısa fasilələrlə və normadan artıq qızdırmasalıcı dərman istifadə etmək

Bütün paltarları çıxarıb uşağın üşüməsinə yol vermək

Bu cür səhvlər titrəməni artırır, qızdırmanı yüksəldə və hətta dərman zəhərlənməsinə səbəb ola bilər.

Düzgün yanaşma necə olmalıdır?

Uşağın üzərindəki artıq paltarları çıxarın

Otaq temperaturunu 21-23°C səviyyəsində saxlayın

Bol maye verin: su, ana südü, ayran, duru meyvə şirələri

Uşaq çox narahatdırsa, yalnız həkimin tövsiyə etdiyi dozada qızdırmasalıcı istifadə edin

Unutmayın ki, düzgün və sakit müdaxilə uşağın vəziyyətinin yüngülləşməsində əsas rol oynayır. Şübhəli hallarda isə vaxt itirmədən həkimə müraciət etmək ən doğru addımdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv