Yasamal rayonunda tikilinin sökülməsi ilə bağlı “Kristal”dan AÇIQLAMA

Yasamal rayonunda tikilinin sökülməsi ilə bağlı “Kristal”dan AÇIQLAMA






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Bakı Apellyasiya Məhkəməsi, #Sosial şəbəkələr, #Təcili Tibbi Yardım, #Yasamal Rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yasamal rayonu, Xarici Dairəvi yolun kənarında yerləşən tikilinin sökülməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirilib.

presstvaz-a “Kristal”dan verilən məlumata görə, sözügedən tikili ilə bağlı məsələ məhkəmə qaydasında araşdırılmış və Bakı Apellyasiya Məhkəməsinin 30.09.2025-ci il tarixli, 2(103)-443/2025 saylı qərarı ilə 53 kvadratmetr sahəsi olan özbaşına tikilinin 34 500 manat kompensasiya ödənilməklə boşaldılaraq sökülməsi qərara alınıb.

Qərar qanuni qüvvəyə mindikdən sonra icra sənədi 26 yanvar 2026-cı il tarixində verilib və Yasamal Rayon İcra Şöbəsi tərəfindən icraata yönəldilib. Həmçinin borcluya məhkəmə qərarının könüllü icrası üçün vaxt verilib, rəsmi qaydada bildiriş təqdim edilib.

Lakin müəyyən edilmiş müddət ərzində tikili könüllü şəkildə boşaldılmadığı üçün “İcra haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq məcburi icra tədbirləri həyata keçirilib. İcra prosesi dövlət icra məmurunun rəhbərliyi ilə, polis əməkdaşlarının, təcili tibbi yardım briqadasının və digər aidiyyəti qurumların iştirakı təmin edilməklə həyata keçirilib.

Şirkətdən bildirilib ki, bu, prosesin tam şəffaf və təhlükəsizlik qaydalarına uyğun icra olunması məqsədi daşıyıb və söküntü tam qanuni əsaslarla həyata keçirilib. Bildirişin verilməməsi və icazəsiz söküntü aparılması ilə bağlı səsləndirilən iddialar həqiqəti əks etdirmir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv