Ədviyyatların beyin sağlamlığına gözlənilməz təsiri

Ədviyyatların beyin sağlamlığına gözlənilməz təsiri






presstv

"Presstv"az #Audi, #Çin, #Depressiya, #Stres

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bəzi adi ədviyyatlar əhvali-ruhiyyəyə təsir göstərə və depressiya simptomlarının şiddətini azalda bilərlər.

presstvaz-ın xəbərinə görə, ədviyyatların beyinə təsiri ilə bağlı eksperimental və klinik tədqiqatlardan əldə edilən məlumatları ümumiləşdirən Çin tədqiqatçıları bu qənaətə gəliblər. Bununla bağlı tədqiqatın nəticələri “Frontiers in Nutrition” jurnalında dərc edilib.

Müəlliflər qeyd edirlər ki, sarıkök, zəfəran, zəncəfil, qara istiot və çili bibəri neyroprotektor xüsusiyyətlərə malik bitkimənşəli bioloji aktiv birləşmələr ehtiva edir. Tədqiqatlar göstərir ki, bu maddələr neyroiltihabı və oksidləşdirici stresi azaltmaq, neyromediator mübadiləsini tənzimləmək və “bağırsaq-beyin” oxuna təsir göstərmək kimi depressiya ilə əlaqəli əsas mexanizmlərə təsir göstərə bilər. Həmçinin onların neyroplastikliyin – beynin adaptasiya olmaq (uyğunlaşmaq) və yeni əlaqələr formalaşdırmaq (yaratmaq) qabiliyyətinin dəstəklənməsindəki rolu da müzakirə olunur.

Klassik (ənənəvi) antidepresantlardan fərqli olaraq, ədviyyatlar adətən gündəlik rasionun bir hissəsi kimi kiçik dozalarda qəbul edilir. Bu, nisbətən əlverişli təhlükəsizlik profili ilə tədricən və çoxqatlı təsir göstərə bilər. Lakin tədqiqatçılar vurğulayırlar ki, aktiv maddələrin bioəlçatanlığı və dəqiq terapevtik dozalar əlavə tədqiqat tələb edir.

Müəlliflər hesab edirlər ki, qidalanmanın və bitki komponentlərinin emosional vəziyyətlərin tənzimlənməsindəki rolunun başa düşülməsi depressiyanın profilaktikası və köməkçi terapiyası imkanlarını genişləndirə bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv