Xəstəxanalarda hava nə üçün yoxlanılır?

Xəstəxanalarda hava nə üçün yoxlanılır?






presstv

"Presstv"az #Audi, #Kuba, #Səhiyyə Nazirliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Tibb ocaqlarında havanın bakterioloji analizi xəstəxanadaxili infeksiyaların yayılmasının qarşısını almaq, havalandırma sistemlərinin və dezinfeksiya işlərinin səmərəliliyini yoxlamaq, eləcə də ümumi sanitar-gigiyenik durumu dəyərləndirmək məqsədilə icra olunur.

presstvaz-ın verdiyi məlumata görə, bu barədə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) mikrobioloqu Qumru Qaibova “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” verilişində danışıb.

Xəstəxanalarda hava nə üçün yoxlanılır?

Mütəxəssis bildirib ki, hazırkı dövrdə Səhiyyə Nazirliyi RGEM-in bakterioloji laboratoriyasında yoxlamalar aspirasiya metodu ilə reallaşdırılır:

“Bu metodun əsas üstünlüyü nəticələrin yüksək dəqiqliyə malik olmasıdır. Tibb müəssisələrindən hava nümunələri RGEM-in bakterioloji laboratoriyasının əməkdaşları tərəfindən xüsusi havasoran cihaz (aspirator) vasitəsilə toplanır. İçərisində qida mühiti olan petri qabı cihazın içinə yerləşdirilir və müəyyən miqdarda hava (100-500 litr) bu mühitdən keçirilir. Havadakı mikroorqanizmlər qida mühitinin səthinə çökür. Götürülən nümunə mərkəzin bakterioloji laboratoriyasına çatdırılaraq termostatda inkubasiya edilir. Yaranan koloniyalar sayılır və bir kubmetr havaya görə hesablamalar aparılır. Yekun nəticə qüvvədə olan sanitar normalara uyğun gəlməlidir”.

Q.Qaibova vurğulayıb ki, RGEM-in tabeliyindəki ərazi mərkəzləri tərəfindən planlı şəkildə tibb müəssisələrindən götürülən hava nümunələrinin bakterioloji təhlili zamanı çirklənmə faktı aşkar olunarsa, müəssisə rəhbərliyinə xəbərdarlıq edilir:

“Aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün müvafiq təkliflər verilir. Həmin təkliflərin icrasına nəzarət etmək məqsədilə təkrar laboratoriya müayinələri həyata keçirilir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv