Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərin azadlığa çıxma TARİXİ BİLİNDİ – ÖZƏL

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərin azadlığa çıxma TARİXİ BİLİNDİ – ÖZƏL






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Bakı, #Bakı Apellyasiya Məhkəməsi, #Cinayət işi, #Deportasiya, #Hakim, #Səbail, #Şəhidlər xiyabanı, #Səudiyyə Ərəbistan, #Səudiyyə Ərəbistanı, #Sosial şəbəkələr

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməkdə təqsirləndirilən Səudiyyə Ərəbistanı vətəndaşları Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammadın azadlığa buraxılma tarixi açıqlanıb.

presstvaz-ın əldə etdiyi məlumata görə, onlar sabah – fevralın 18-də həbsdən azad ediləcəklər.

Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməkdə təqsirləndirilən Səudiyyə Ərəbistanı vətəndaşları Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammadın barələrində olan hökmdən verdikləri apellyasiya şikayəti üzrə yekun məhkəmə keçirilib.

presstvaz-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən yekun prosesdə qərar qəbul edilərək Səbail Rayon Məhkəməsinin hökmü dəyişdirilib. Qərara görə, təqsirləndirilən əcnəbilərin cəzası 2 ildən 6 aya endirilib.

Hökmün icrasından sonra onların deportasiya olunması ilə bağlı qərar isə qüvvədə saxlanılıb.

Xatırladaq ki, ötən il avqustun 17-də üç əcnəbi şəxsin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb. Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi beş günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.

Bu o deməkdir ki, adıçəkilən əcnəbilərin həbs müddəti bu gün başa çatır.

Qeyd edək ki, Sabail Rayon Məhkəməsinin hökmünə əsasən, Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain və Alghabr Mahdi Mohammad hər biri 2 il müddətinə azadlıqdan məhrum edilmişdilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv