İlin sonuna kimi Rusiya müharibəni dayandıra bilər – General

İlin sonuna kimi Rusiya müharibəni dayandıra bilər – General






presstv

"Presstv"az #ABŞ, #Çin, #Hakim, #Müharibə, #Rusiya, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ukrayna ruslara böyük itkilər verir, lakin xarici təzyiq əhəmiyyətli dərəcədə artırılmadan Rusiya hakimiyyəti müharibəni dayandırmayacaq.

presstvaz xəbər verir ki, bunu ABŞ ordusunun istefada olan generalı, Mərkəzi Komandanlığın keçmiş rəhbəri və MKİ-nin sabiq direktoru Devid Petreus “Ukrinform”a müsahibəsində bildirib.

O qeyd edib ki, sülh prosesi zamanı nə Rusiya nümayəndə heyəti, nə də Ukrayna kompromisə hazır olduqlarını nümayiş etdirib:

“Əksinə, onlar maksimalist tələblərini təsdiqləyiblər. Lakin müəyyən mərhələdə ruslar güzəştlərə getməyə məcbur olacaqlar. Bunun üçün əsas şərt Rusiyanın hərbi iqtisadiyyatına təzyiqin artırılması, gəlirlərinin azaldılması, eləcə də Çinin Rusiya hərbi-sənaye kompleksinə komponent tədarükünün dayandırılmasıdır.

Belə olan halda Rusiya da Ukrayna qədər hərbi əməliyyatların dayandırılmasına ehtiyac duyacaq. Və bunun üçün, şübhəsiz ki, əlavə səylər tələb olunacaq”.

Petreus proqnozlaşdırıb ki, müxtəlif amillərin məcmusu nəticəsində 2026-cı ilin sonlarına doğru Rusiyanın hərbi əməliyyatları dayandırmağı qəbul etməsi perspektivi yarana bilər:

“Hazırda görünür ki, Ukrayna hər ay Rusiyanın cəbhəyə cəlb etdiyi qədər rus hərbçisini ya məhv edir, ya da yaralayır”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv