Rubiodan Avropaya çağırış: Yeni dünya nizamı üçün…

Rubiodan Avropaya çağırış: Yeni dünya nizamı üçün…






presstv

"Presstv"az #ABŞ, #Avropa

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ hərəkətə keçərək dünya nizamını yenidən qurmağı öz üzərinə götürür.

presstvaz xəbər verir ki, bunu ABŞ Dövlət katibi Mark Rubio Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

“Lazım gələrsə, bunu təkbaşına etməyə də hazırıq, amma bunu Avropadakı dostlarımızla birlikdə etməyə üstünlük veririk. Ümid edirik ki, bu belə olacaq. Çünki ABŞ və Avropa bir-birinə aiddir", – deyə o bildirib.

Dövlət katibi qeyd edib ki, məhz buna görə də amerikalılar bəzən birbaşa və təcili hərəkət edə bilir:

“Prezident Tramp da Avropadakı dostlarımızdan ciddilik və qarşılıqlı münasibət gözləyir. Bəzən yaranan fikir ayrılıqları təkcə iqtisadi və hərbi baxımdan deyil, həm də mənəvi, eyni zamanda mədəni cəhətdən bağlı olduğumuz Avropaya olan dərin narahatlığımızdan irəli gəlir. Biz Avropanın güclü olmasını istəyirik. Biz inanırıq ki, Avropa yaşamalıdır”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv