Beynəlxalq döyüş gecəsi: Elvin Kamillidən möhtəşəm qələbə

Beynəlxalq döyüş gecəsi: Elvin Kamillidən möhtəşəm qələbə






presstv

"Presstv"az #Audi, #Avropa, #Azərbaycan, #Bakı, #Boks, #Braziliya, #Gürcüstan, #İsrail, #Özbəkistan, #Qazax, #Qazaxıstan, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fevralın 14-də Gürcüstanın Batumi şəhərində döyüş idmanları üzrə beynəlxalq turnirə start verilib.

presstvaz “Report”a istinadla xəbər verir ki, yarış “Georgian Fighting Championship” (GFC) və “Grand Bellagio Championship”in birgə təşkilatçılığı ilə keçirilir.

Döyüş gecəsi yerli vaxtla saat 20:00-da başlayıb. Turnir çərçivəsində müxtəlif çəki dərəcələrində ümumilikdə 10 döyüş nəzərdə tutulub. Yarışda Azərbaycan, Gürcüstan, Özbəkistan, Portuqaliya, Türkiyə, İsrail, Braziliya, Qazaxıstan və İsveçdən olan idmançılar qüvvələrini sınayırlar.

Gecənin 3-cü döyüşündə Sandro Datanaşvili ilə Elvin Kamilli üz-üzə gəlib. Qarşılaşmada Elvin Kamilli rəqibini məğlub edərək Azərbaycana qələbə qazandırıb. Turnir hazırda davam edir və bu döyüş gecəsində Azərbaycanı ümumilikdə 3 idmançı təmsil edir.

Gürcüstanda yaşayan, Azərbaycan və Gürcüstanı beynəlxalq arenalarda təmsil edən, kikboksinq üzrə 7 qat dünya və 3 qat Avropa çempionu Alim Nəbiyevin braziliyalı rəqibi ilə döyüşü də proqramda yer alır. Onun qarşılaşması azarkeşlər tərəfindən böyük səbirsizliklə gözlənilir.

Azərbaycanı təmsil edən idmançılardan biri də 27 yaşlı Tural Əsgərovdur. İndiyədək keçirdiyi döyüşlərdə 4 qələbə və 3 məğlubiyyət əldə edən Tural Əsgərov “Ruslan” klubunun üzvüdür və Bakı şəhərini təmsil edir.

Tədbiri izləmək üçün Azərbaycandan bir sıra tanınmış idmançılar və məşqçilər, həmçinin Azərbaycanın Gürcüstandakı səfirliyi və konsulluğunun nümayəndələri, eləcə də yerli icma təmsilçiləri Batumi şəhərinə səfər ediblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv