ABŞ-də 1,6 mln qeyri-qanuni miqrant deportasiyaya məruz qala bilər

ABŞ-də 1,6 mln qeyri-qanuni miqrant deportasiyaya məruz qala bilər






presstv

"Presstv"az #ABŞ, #Deportasiya, #Məhkum

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-də hazırda olan təxminən 1,6 mln qeyri-qanuni immiqrant deportasiyaya məruz qala bilər.

presstvaz xəbər verir ki, bunu ABŞ-ın İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) müvəqqəti direktoru Todd Lyons bildirib.

Fox News telekanalının məlumatına görə, o, bu rəqəmləri cümə axşamı ABŞ Konqresi Senatının Daxili Təhlükəsizlik və Hökumət İşləri Komitəsində çıxışı zamanı açıqlayıb. Lyons əlavə edib ki, həmin şəxslərin təxminən 800 mininin məhkumluğu var.

Bundan əvvəl ICE rəhbəri qeyd edib ki, qurumun əməkdaşları xarici vətəndaşlardan ibarət mütəşəkkil cinayət qruplarının 7 mindən çox üzvünü, eləcə də 1,4 mindən artıq terrorçunu saxlayıblar.

ABŞ-ın Daxili Təhlükəsizlik naziri Kristi Noem daha əvvəl bəyan edib ki, 2025-ci il ərzində ölkəni 3 mln miqrant tərk edib, onlardan təxminən 800 mini məcburi qaydada deportasiya olunub.

presstvaz


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv