“Qalatasaray”ın “Liverpul” sınağında qalmaqallı hakim: İstanbula gəlir

“Qalatasaray”ın “Liverpul” sınağında qalmaqallı hakim: İstanbula gəlir






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

UEFA Çempionlar Liqasında həyəcan yenidən qayıdır. Turnirin 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Qalatasaray" – "Liverpul" qarşılaşmasının hakimlər briqadası açıqlanıb. İstanbuldakı "RAMS Park" stadionunda baş tutacaq bu nəhəng rəqabəti İspaniya Futbol Federasiyasının təcrübəli referisi Xesus Xil Manzano idarə edəcək.

presstvaz İdman.Biz-ə istinadən bildirir ki, martın 10-u, çərşənbə axşamı Bakı vaxtı ilə 21:45 başlayacaq matçda Manzanoya həmvətənləri Anxel Nevado və Quadalupe Porras Ayuso kömək edəcəklər. Dördüncü hakim funksiyasını Xuan Martines Munuera yerinə yetirəcək. VAR otağında isə Gilyermo Kuadra Fernandes və Valentin Qomes əyləşəcəklər.

Xil Manzanonun bu təyinatı onun keçmişdə verdiyi qalmaqallı qərarı yenidən gündəmə gətirib. Belə ki, referi 2024-cü il martın 2-də keçirilən "Valensiya" – "Real" (2:2) matçında böyük narazılığa səbəb olmuşdu. O, 90+9-cu dəqiqədə "kral klubu"nun hücumu davam etdiyi anda final fitini çalmış, fitdən dərhal sonra Cud Bellinqemin vurduğu qolu qeydə almamışdı. Həmin pozisiyadan sonra etiraz edən Bellinqemə qırmızı vərəqə göstərən Manzano, uzun müddət dünya mətbuatının hədəfində qalmışdı.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv