"MyGov"da YENİLİK

"MyGov"da YENİLİK






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“MyGov” platforması artıq ölkədə fəaliyyət göstərən əsas informasiya resursları və dövlət sistemləri ilə tam inteqrasiya olunub.Bu sadəcə elektron portal yox, vahid platformaya çevrilir.

presstvaz xəbər verir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov məlumat verib.

O bildirib ki, qanunvericiliyin tələblərinə uyğun şəkildə vahid giriş mexanizmi mərkəzləşdirilmiş formada müxtəlif dövlət qurumlarının informasiya sistemlərinə qoşulur. Son dövrlərdə 100-dən artıq yeni dövlət və özəl sistem “MyGovID” platformasına inteqrasiya edilib. Həmçinin “MyGovID” ilə “MyGov” arasında əlaqə daha da təkmilləşdirilib ki, bu da vətəndaşlar üçün elektron xidmətlərə çıxışı daha rahat və əlçatan edib. Gələcəkdə dövlət xidmətləri ayrı-ayrı proqramlarda deyil, vahid platformada olacaq.

Platforma vasitəsilə vətəndaşlar hər gün müxtəlif informasiya sistemlərinə və elektron resurslara keçid imkanı əldə edirlər. Təhlükəsizlik məsələləri də prioritet olaraq saxlanılıb, istifadəçi adı və şifrələrin qorunması üçün iki faktorlu autentifikasiya mexanizmləri tətbiq edilərək müvafiq kanallara inteqrasiya olunub.

O, həmçinin qeyd edib ki, ötən il “MyGov” platformasının istifadəçi bazası əhəmiyyətli dərəcədə genişlənib. 2025-ci il ərzində 1 milyondan çox yeni istifadəçi qeydiyyatdan keçib və ümumi istifadəçi sayı 2 milyonu aşaraq 2,3 dəfə artım göstərib. Hazırda ay ərzində ən azı bir dəfə aktiv şəkildə platformaya daxil olanların sayı 1 milyondan çoxdur. İl ərzində rəqəmsal sənədlərdən istifadə halları 2 milyonu keçib, vətəndaşlar isə 360-dan artıq xidmət üzrə müraciət ediblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv