Türkiyədən Avropa Parlamentinə sərt mesaj: “Əsassız iddiaları qəbul etmirik”

Türkiyədən Avropa Parlamentinə sərt mesaj: “Əsassız iddiaları qəbul etmirik”






presstv

"Presstv"az #Audi, #Avropa, #Jurnalistlər, #Suriya, #Türkiyə, #Türkiyə Xarici İşlər Nazirliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyə Xarici İşlər Nazirliyi Avropa Parlamentinin qətnamələri ilə bağlı xüsusi bəyanat yayıb.

presstvaz “Anadaoliu Ajansı”na istinadla xəbər verir ki, bəyanatda Avropanın Türkiyənin Suriyadakı sabitliyin bərpasındakı müstəsna rolunu görməzdən gəldiyi qeyd olunur.

Nazirlik Avropa Parlamentini meydandakı reallıqları dərk etməyə və suriyalıların əsl gözləntilərini anlamaq üçün daha ciddi səylər göstərməyə çağırıb.

Eyni zamanda, Türkiyədəki xarici jurnalistlərin və xristianların məqsədli şəkildə ölkədən çıxarılması barədə iddiaların da həqiqətlə heç bir əlaqəsi olmadığı diqqətə çatdırılıb. Açıqlamada qeyd olunur ki, Türkiyədə həyata keçirilən məhkəmə prosedurlarına heç bir xarici qurumun müdaxilə etmək səlahiyyəti yoxdur.

Nazirlik sözügedən qərarların Türkiyə-Aİ əlaqələrini inkişaf etdirmək cəhdlərinin ruhuna zidd olduğunu bəyan edərək, Avropa Parlamentinə sərt xəbərdarlıq edib: “Ölkə əleyhinə yönələn təşəbbüslərə alət olmayın və daxili işlərə qarışmayın!”

Bəyanatın sonunda tərəflər arasında əlaqələrin möhkəmlənməsi üçün konstruktiv addımların atılmasının vacibliyi vurğulanır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv